Siyasət

Seçkilərdə “exit poll” keçirəcək təşkilatların sayı artıb

30 Yanvar 2020 17:54
Baxış: 998

"Milli Məclisə seçkilərdə 5 qurum "exit poll" keçirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, artıq "exit-poll" keçirmək istəyən təşkilatların müraciətlərinə baxılması müddəti bitib və "exit-poll" keçirmək üçün müracit edən təşkilatların müraciətinə müsbət cavab verilib.

Qeyd edək ki, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc." təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi, "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondunun Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə "exit poll" keçirəcək qurum kimi qeydə alınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.