Siyasət

MSK Gülər Əhmədovanın müraciətini təmin etmədi

21 Yanvar 2020 16:29
Baxış: 1 031

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürümüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib.

G.Əhmədova müraciətində qeyd edib ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib və dairə seçki komissiyası (DSK) namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.