Prezident İlham Əliyev: "Açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir"
Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.
Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.
Yəni, əslində bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında həm nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hazırda Rusiya sərhədinə qədər yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcəkdir.
Paralel olaraq, Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulur. Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcəkdir. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilmişdir və Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olmuşdur.
Əlbəttə, keçən il Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daha çox yük daşınmışdır. Bu da təbiidir, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərq istiqamətindən yox, eyni zamanda, Rusiyadan Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir.
Builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcəkdir. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaqdır.
Həmçinin biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Mərkəzi Asiyada yeni geosiyasi reallığın memarlığı
-
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir - Kamaləddin Qafarov
-
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
-
Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
XƏBƏR LENTİ
-
Amerikada 152 milyard dollarlıq nəhəng xəzinə tapıldı
-
Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı
-
Manqalda ətin yapışmaması üçün sadə üsul
-
Uşaqların ən sevimli səhər yeməyi: Kakaolu Pankek
-
Ürək tutmasının qarşısını alan şirə elan olundu
-
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
-
Sadə qatığı xüsusi desertə çevirən sirr
-
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
-
7 gün bunu etsəniz iltihabdan xilas olacaqsınız
-
ABŞ-də dəhşətli yanğın - 600-ə yaxın tikili külə döndü
-
Zidana görə Fransa millisinin ilk oyununun bütün biletləri 24 saata satıldı
-
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr - Siyahı
-
"Dima Bilan, tamaşaçılardan üzr istəməlisən"
-
Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub - (Video)
-
SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - (Foto)
-
Natiq Şirinova ağır itki
-
"Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir"
-
Bilgəhdə 21 yaşlı gənc dənizdə batıb, üç nəfər xilas edilib - (Yenilənib)
-
Trampın yadplanetli ilə fotosu maraqla qarşılandı
-
3 avqustda bizi nələr gözləyir? - ULDUZ FALI
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
İnsanların smartfonlar vasitəsilə izlənilməsi ilə bağlı həqiqət açıqlandı
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Serialdakı “qızı” Özgeyə qarğış etdi





