Siyasət

Məzahir Pənahov: "Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb"

11 Yanvar 2020 17:39
Baxış: 919

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bütün görüntülər MSK üzvləri tərəfindən 2-3 dəfə araşdırılıb.

MSK sədri vurğulayıb ki, bu barədə məsələ bələdiyyə seçkiləri ilə bağlı qərarda öz əksini tapıb. M.Pənahov vurğulayıb ki, bəzi insanlar sosial şəbəkələrdə özünə tərəfdar toplamaqla qanunauyğun qərar çıxarmağı qarışdırırlar:

"Konkret faktlar göstərilməlidir. Əfsuslar olsun ki, ümumi xarakerli narazılıq bildirmək bir ənənəyə çevrilib, ancaq ortada konkret faktlar olmalıdır. Əgər pozuntu varsa, bunu sübut edən dəlillər göstərilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.