Siyasət

Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərə gedib - VİDEO - FOTO

20 Dekabr 2019 16:06
Baxış: 2 217

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gedib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İnna Biqotskaya və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.