Siyasət

Elmar Məmmədyarov Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

9 Dekabr 2019 21:18
Baxış: 632

Xarici İşlər naziri Elmar Məmmədyarov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Salima Abdelhakı qəbul edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, E.Məmmədyarov Əlcəzairin ölkəmizdəki səfiri S.Abdelhakı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi.

Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

S.Abdelhak etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.