İrəvanda Rusiya təhqir olundu: ermənilər Moskvadan qisas alırlar - TƏFƏRRÜATLAR
Əlahəzrət, Rusiyanın mərkəzi əyalətlərində ermənilərin məskunlaşdırılmasına icazə verməyin. Onlar elə adamlardır ki, həmin ərazilərdə bir müddət yaşayandan sonra bütün dünyaya bağıracaqlar ki, "bu torpaqlar atalarımızın və babalarımızın olub" (A.S. Qriboyevdovun rus çarına məktubundan)
Ermənilər Rusiyanın Armavir şəhərində faşist və nasist Qaregin Njdeyə qoyulmuş xatirə lövhəsininin sökülməsinin qisasını almaq qərarına gəliblər.
Ermənistanın paytaxtı İrəvanda siyasi fəal Şaqen Harnutyunyan şəhərdə rus siyasətçi, şair, dramaturq, diplomat və bəstəkar Aleksandr Sergeyeviç Qriboyedovun abidəsini təhqir edib. Ş.Harutyunyan abidəyə qırmızı boya töküb, sonra fotonu Facebook-dakı profilində paylaşaraq yazıb: "Diqqqət! Rusiya İmperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsinə qırmızı boya tökdüm! Bunu Qaregin Njdenin xatirə lövhəsinin təhqir edilməsinə cavab olaraq etdim! Bunu dekabrın 2-də, Ermənistanın zorla bolşevikləşdirilməsinin anım, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya rəsmi səfər etdiyi gün etdim. Hamı bilsin ki, "Tseqakron" ideologiyası mənim üçün əzizdir".

Şagen Harutyunyan radikal erməni siyasətçi Şant Harutyunyanın oğludur.
Qaregin Njdenin yaratdığı irqçi və neonasist, habelə daşnaklarla çox sıx əlaqədə olmuş "Tseqakron" qruplaşmasının "siyasi varisi" kimi elan edilmiş "Tseqakron" partiyasının sədri Şant Harutyunyan 2013-cü ilin noyabrın 5-də İrəvandakı Azadlıq meydanında "Anonimlər paradı" keçirmişdi. Aksiyada polislə toqquşmalar olmuş, Şant Şarutyunyan və 13 tərəfdarı həbs olunmuşdu.
2018-ci ilin noyabrında Ş.Harutyunyan azad olunmuşdu.
Xatırladaq ki, Qaregin Ter-Harutyunyan (Njde) Njde 1942-ci ilə III Reyxə Sovet Ermənistanın Almaniyanın koloniyasına çevrilməsi xahişi ilə müraciət edib. Məhz o "SS"in erməni legionunu yaradıb və erməni hərbi əsirləri arasında "Kim Almaniya uğrunda ölürsə, Ermənistan uğrunda ölür", - deyə təbliğat aparıb. O, həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub.

Qaregin Ter-Harutyunyan Birinci Dünya Savaşında Osmanlı Türkiyəsinə qarşı vuruşub. 1920-ci ildən sonra isə bolşeviklərə qarşı döyüşən erməni yaraqlıların dəstələrindən birinə başçılıq edib. 1920-ci ildə "Muxtar Sünik Respublikası"nı elan edən və bu "respublika"nın başçısı olduğunu bildirən Q.Njde sonradan Dağlıq Qarabağa qaçıb və orada "Lernayastan Respublikası"nı yaratdığını demişdi.
Zəngəzurda azərbaycanlılara divan tutan, onlarla, yüzlərlə kənddə soydaşlarımıza qarşı əsl soyqırımlar törədən Q.Njde Ermənistanda sovet hakimiyyəti qurulandan sonra İrana, oradan da Bolqarıstana qaçmışdı.
1944-cü ilədək Sofiyada yaşamış Njde Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Balkan bölməsinin rəhbəri idi.
1942-ci ildə nasistlərin təşəbbüsü və göstərişi ilə "Erməni Milli Şurası" ("Armenischen Nationalen Gremiums") yaradılmışdı. Berlin Universitetinin professoru, nasist və daşnak Artaşes Abbeqyanın başçılıq etdiyi şuranın sədr müavini Qaregin Njde idi.
Nasistlərin "general" rütbəsi verdikləri Q.Njde erməni hərbi əsirlərdən ibarət "Ermənistan legionu"nun yaradılmasında çox fəal iştirak etmişdi.
Həmin legion sonradan Şimali Qafqazda və Qərb cəbhəsində faşist ordusunun tərkibində vuruşmuşdu.
On minlərlə azərbaycanlının qatili Qaregin Njde həm də minlərlə yəhudinin cəlladı, İkinci Dünya Müharibəsi illərində nasistlərin törətdikləri məşum Holokostu bəyənən və təqdir edən manyakdı.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən söylədiyi həqiqətlər də qonşu, amma işğalçı ölkənin anormal idarəetmə ideologiyasının tarixi məsuliyyət daşımasının vurğulanması olmuşdu: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib".
Bu açıqlamadan sonra MDB məkanında Ermənistanda faşizm ideologiyasının rəsmiləşdirilməsi faktları əyan oldu, rəsmi İrəvan çox pis duruma düşdü.
Rusiyanın Armavir şəhərində Qaregin Njdeyə xatirə lövhəsinin ucaldılması, sonra da yerli sakinlərin tələbi ilə sökülməsi İrəvanda şok effekti yaratmışdı.
Faşizm, nasizm və ifrat şovinizm ideyalarını milli idefiksə, rəsmi ideologiyaya çevirmiş Ermənistanda Rusiya əleyhinə meyllərin fasiləsiz güclənməsi, baş nazir Nikol Paşinyanın bu prosesə bilavasitə dəstək verməsi də artıq Polişinel sirridir.

Ermənilərə kəskin antipatiyası ilə fərqlənməsi ilə tarixə düşən A.Qriboyedovun heykəlinin Q.Njde fanatı tərəfindən təhqiq edilməsi təəccüblü deyil.
Ermənistanda Rusiya əleyhinə isteriya səngimək bilmir. Tam əksinə, daha da güclənir.
Nasizm və zooloji millətçilik ideyaları təki...
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)





