Türk Şurasında inteqrasiya prosesləri regionun iqtisadi artımına xidmət edir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında inteqrasiya prosesləri üzv ölkələrin coğrafi yaxınlığı və ümumi mədəni irsinə əsaslanır.
Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Böyük Britaniyanın PRISM konsaltinq şirkətinin baş analitiki Tobias Vollmer deyib.
O bildirib ki, Türk Şurası Xəzər regionunda beş üzv dövlətin siyasi, mədəni və iqtisadi inteqrasiyasına xidmət edən vacib təşkilatdır:
"Digər regional inteqrasiya layihələri kimi bu qurum da dövlətlərə öz xalqlarının rifahı naminə ümumi iqtisadi problemlərin həlli və potensial siyasi gərginlikləri müzakirə etmək üçün platforma təqdim edir".
Ekspertin sözlərinə görə, Türk Şurası regional kontekstdə daha aşağı səviyyəli iqtisadiyyata malik ölkələrə siyasi və iqtisadi maraqlarını uyğunlaşdırmaq və dünya arenasında mövqelərini möhkəmləndirmək üçün əsas verir. Geosiyasi baxımdan isə ölkələr Şərqi Asiya, Yaxın Şərq və Avropa arasındakı həlledici yolayırıcında yerləşir ki, bu da iri dövlətlər üçün mühüm maraq kəsb edir.
T.Vollmer əlavə edib ki, 700 milyon dollar həcmində investisiya fondunun yaradılması üzv ölkələr arasında, eləcə də ölkə daxilində regional fikir ayrılıqlarının aradan qaldırılması üçün mühüm addım olacaq. Bu, regional iqtisadi inteqrasiyanı gücləndirəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
XƏBƏR LENTİ
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər





