Novruz Məmmədov: "Azərbaycan Türkmənistanla əlaqələrin möhkəmlənməsində maraqlıdır"
Baş nazir Novruz Məmmədov bu gün Avazada Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə N.Məmmədov bildirib ki, Azərbaycan Türkmənistanla əlaqələrin möhkəmlənməsində maraqlıdır.
Tərəflər Xəzər regionu ölkələri arasında ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsində konstruktiv əməkdaşlığın davam etdirilməsinin vacibliyindən danışıblar.
Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən "Avaza" milli turizm zonasında avqustun 11-12-də Birinci Xəzər İqtisadi Forumu keçirilir.
Forumun təşkilati, informasiya və texniki dəstəyi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və Türkmənistan Xarici İşlər Nazirinin rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.
Birinci Xəzər İqtisadi Forumunun gündəliyinə ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi mövzusunda müzakirələr daxildir. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlərin təşkili nəzərdə tutulub.
Foruma Xəzəryanı ölkələrin nümayəndə heyətləri, hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri dəvət olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
"Yaprak dökümü"nün aktrisasının görünüşü müzakirə yaratdı – (Video)
-
"Titanik" sərnişininin saatı bu qiymətə satıldı
-
"Mənimlə duet oxumaq istəyən 10-15 min manat ödəməlidir"
-
Aparıcı Xəyalə ilə Rilaya qəzaya düşdülər (Video)
-
Vinisius "Real"ın 3 oyunçusunu Braziliyaya aparacaq
-
Şamaxıda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub (Foto)





