Siyasət

Azərbaycanın Baş konsulu Kalifoniya Universitetində çıxış edib

9 Aprel 2010 12:40
Baxış: 182
Baş Konsulluqdan Milli.Az xəbər portalına daxil olan məlumata görə, Azərbaycan və Avropanın enerji təhlükəsizliyi mövzusunda çıxışında Elin Süleymanov Azərbaycanın mühüm geostrateji mövqeyi və regional enerji siyasəti barədə məlumat verib. Bununla yanaşı o, regionun lider ölkəsi olan Azərbaycanın regional inkişafa töhfəsi barədə iştirakçıları məlumatlandırıb.

Azərbaycanlı diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı rolunu akademik dairələrin nümayəndələrinə izah edərək, xarici siyasətimizin hər zaman praqmatik dayaqlara söykəndiyini və ölkəmizin milli maraqlarına xidmət etdiyini vurğulayıb.

E.Süleymanov Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində enerji ixracı marşrutlarının diversifikasiyana üstünlük verildiyini qeyd edərək, məhz bu məqamın Azərbaycan tərəfinə görə Avropanın və ümumiyyətlə Avrasiya məkanının təhlükəsizliyinin təmin edilməsində mühüm hesab edildiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.