ABŞ-da ermənilərin sıx yaşadığı şəhərdə Azərbaycanla bağlı tədbir keçirilib - FOTO
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Pasadena şəhərində yerləşən nüfuzlu "Knox" Presviterian Kilsəsinin dəvətilə həmin kilsədə keçirilən konfransda Azərbaycana dair geniş təqdimatla çıxış edib.
Konsulluqdan Milli.Az-a verilən məlumata görə, təqdimatdan öncə Azərbaycandakı dinlərarası harmoniyaya həsr olunmuş çarx nümayiş etdirilib. Sonra çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkəmizdə mövcud olan dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. O, müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanın 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu, ölkəmizin qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də Azərbaycana məxsus olduğunu qeyd edib.
N.Ağayev əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristiyan, yəhudi, bəhai, zərdüşt və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul bu gün dinlərarası dialoqa Azərbaycanın verdiyi töhfələrdən danışaraq, Birinci Vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda katakombaların, eləcə də Fransa, Rusiya və başqa ölkələrdə kilsələrin bərpası üçün gördüyü işləri qeyd edib.
Təqdimatdan sonra keçirilən qrup iclasında baş konsul həmçinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, Xocalı soyqırımı haqda iştirakçıları məlumatlandırıb. N.Ağayev qeyd edib ki, Ermənistan həm öz ərazisində, həm də işğal olunmuş ərazilərimizdəki dini və mədəni irsimizə qarşı əsl soyqırımı həyata keçirib. Baş konsul həmçinin bildirib ki, müxtəlif dinlərin dinc yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistan bu gün monoetnik və təkdinli dövlətə çevrilib, etnik və dini nifrətin müxtəlif formaları olan Azərbaycan düşmənçilyi (azərbaycanofobiya), eləcə də antisemitizm burada uzun illər dövlət siyasəti səviyyəsinə yüksəldilərək, erməni kimliyinin ayrılmaz parçası halına gəlmişdir.
N.Ağayev sonra iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, Los Anceles yaxınlığında yerləşən Pasadena ABŞ-da erməni icmasının ən sıx məskunlaşdığı şəhərlərdəndir. Bu, 500 minədək erməninin yaşadığı Los Anceles Vilayətində erməni icması və lobbisinin sıx mövcud olduğu bölgədə keçirilən ilk Azərbaycan təqdimatı olub.
Təqdimatın qısa video fraqmentlərinə bu linkdə baxmaq olar: https://youtu.be/l-xEIkku3_I
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb





