Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib - Təşəbbüs Azərbaycandan olub - FOTO
İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzindən Milli.Az-a verilən məlumata görə, Belçikada yerləşən "Think Out" təşkilatı və Gent bələdiyyəsinin əməkdaşlığı ilə İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən 14-17 fevral tarixlərində Belçikanın Gent şəhərində "Qüdsün İnsan Simaları" adlı beynəlxalq foto-sərgi keçirilib.
Sərgi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri konfransının müvafiq qərarı ilə təsdiq olunmuş və İƏGF ilə Fələstin Gənclər və İdman Şurasının birgə həyata keçirdiyi Qüds - İƏT Gənclər paytaxtı 2018 beynəlxalq proqramı çərçivəsində təşkil edilib.
Sərgidə Qüdsün işğalının 51-ci ilini simvolizə edən 51 foto nümayiş etdirilib. Fotolar 2018-ci il boyunca Qüdsdə yaşayan və ya Qüdsü ziyarət edən gənclər tərəfindən çəkilərək, Qüds - İƏT Gənclər paytaxtı 2018 proqramının təşkilat komitəsinə təqdim edilib. Daha əvvəl 2018-ci il ərzində Amman, Paris və İstanbul kimi şəhərlərdə nümayiş etdirilən sərginin tərəfdaşlarından biri kimi Qətər Mədəniyyət və İdman Nazirliyi çıxış edib.
Gent şəhərində 15 fevral tarixində sərginin açılışında iştirak edən İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev şərgi haqqında iştirakçılara məlumat vermiş və tərəfdaşlara, o cümlədən, Gent bələdiyyəsinə sərginin keçirilməsi üçün göstərilən təşkilati dəstəyə görə təşəkkür edib. Çıxışda 3 səmavi dinin müqəddəs məkanı olan Qüdslə bağlı xüsusiyyətlərin və yalnız fələstinlilər üçün deyil, bütün müsəlman dünyası üçün əhəmiyyətli olan Qüds məsələsinin fərqli coğrafiyalarda yaşayan insanlara doğru şəkildə çatdırılması üçün bu tipli mədəni-informativ tədbirlərin keçirilməsinin vacib olduğu qeyd olunub. E.Mehdiyev öz çıxışında həmçinin İƏGF-nin İƏT çərçivəsində insani faciələrlə bağlı keçirdiyi fəaliyyətlərə örnək olaraq Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində İƏT Parlamentlər İttifaqı və İƏT Xarici İşlər Nazirləri Konfransları tərəfindən Xocalı faciəsinin soyqırım və insanlığa qarşı cinayət kimi tanınmasının vacibliyini bildirib.
Yerli əhali tərəfindən maraqla qarşılanan və ictimai fəallar, elm adamları və media nümayəndələri ilə yanaşı xristian demokratlar, liberallar, yaşıllar və fəhlə partiyaları nümayəndələrinin də iştirak etdiyi tədbirdə Belçika Federal Parlamentinin millət vəkili Vəli Yüksəl, Belçikadakı Fələstin səfirliyinin müşaviri Hassan Al-Balavi və həmçinin Gent Universitetinin Fələstin əslli dosenti Mohammed Al Saftavi də çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb və bu təşəbbüs üçün Bakıda yerləşən İƏGF Avrasiya Regional Mərkəzinə təşəkkür ediblər.
Məhəmməd Əliyev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib





