Qaçqın və məcburi köçkünlər məsələsində Azərbaycana beynəlxalq dəstək vəd edildi - FOTO
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak etmək məqsədilə Cenevrə şəhərində ezamiyyətdədir.

DMX-dən Milli.Az-a verilən məlumata görə, noyabrın 28-də sessiya çərçivəsində keçirilən ümumi müzakirələrdə çıxış edən V.Hüseynov miqrasiyanın qlobal inkişaf gündəliyində önəmli yer tutduğunu bildirib, Azərbaycan hökumətinin qanuni miqrasiyanın təşviqi və sadələşdirilməsi istiqamətində atdığı addımlar barədə Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT) üzv dövlətləri məlumatlandırıb.
Dünya miqyasında məcburi köçürülən şəxslərin əksəriyyətinin öz ölkələri daxilində köçürülmüş şəxslər olduğuna diqqəti çəkən Xidmət rəisi Ermənistanın işğalı nəticəsində 700 mindən çox həmvətənimizin məcburi köçkünə çevrildiyini qeyd edib. V.Hüseynov hazırkı status-kvonun regionda miqrant qaçaqçılığı və insan alveri risklərini artırdığını bildirib, bunun da öz növbəsində qlobal miqrasiyaya təhdid rolu oynadığını vurğulayıb.
Çıxışa görə Xidmət rəisinə təşəkkürünü bildirən BMqT-nin baş direktoru Antonio Vitorino Azərbaycanın miqrasiya idarəçiliyi modelinin yaxşı nümunə olduğunu qeyd edib, ölkəmizin məcburi köçkünlərlə bağlı narahatlığını bölüşdüyünü diqqətə çatdırıb.
DMX rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi ilə də görüşüb. V.Hüseynov Azərbaycan hökumətinin humanitar sahədə əsas beynəlxalq tərəfdaşlarından olan BMT QAK-la uzunmüddətli faydalı əməkdaşlığın mövcud olduğunu deyib. Azərbaycanda effektiv sığınacaq sisteminin yaradılmasında BMT QAK tərəfindən göstərilən dəstəyin önəmini vurğulayan Xidmət rəisi bu sahədə milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Xidmət rəisi BMT Baş Assambleyası tərəfindən bu il qəbul olunması nəzərdə tutulan Qaçqınlar üzrə Qlobal Kompaktın qaçqınların müdafiəsi və problemlərinin həlli ilə bağlı yeni qlobal yanaşmalar üçün başlanğıc nöqtəsi olacağına ümid etdiyini bildirib. Qaçqınlar üzrə Qlobal Kompaktın əsasən qaçqınlarla bağlı olduğuna diqqəti çəkən V.Hüseynov məcburi köçkün problemi ilə üzləşən hökumətin nümayəndəsi kimi sonuncu kateqoriyadan olan şəxslərin problemlərinin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.
F.Qrandi Azərbaycanla mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi təşkilatın bundan sonra da qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsində Azərbaycan hökumətinə dəstək verməkdə davam edəcəyini diqqətə çatdırıb. Ali Komissar Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Görüşdə mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətini ölkəmizin BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi müşayiət edib.
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)





