Siyasət

Vasif Talıbov Rusiya səfiri ilə görüşdü

8 Noyabr 2018 08:38
Baxış: 463

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.

Milli.Az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Talıbov Azərbaycanın və Rusiyanın dost ölkələr olduğunu və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib. Naxçıvanla Rusiya arasındakı əlaqələrin tarixinə nəzər salan V.Talıbov qeyd edib ki, hazırda ikitərəfli münasibətlər iqtisadi-ticarət, təhsil, hava nəqliyyatı və turizm sahələrində inkişaf etdirilir.

Naxçıvan şəhərində rusdilli məktəb fəaliyyət göstərir, ali təhsil müəssisələri arasında təcrübə mübadiləsi aparılır, Naxçıvan Dövlət Universitetində rus dili ixtisası, ümumtəhsil məktəblərində isə rus dili fənni tədris olunur.

Ali Məclisin sədri əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb və səfirin fəaliyyətinin bu baxımdan səmərəli olacağına əminliyini bildirib.

Mixail Boçarnikov Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə nəzər salaraq, keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Əlaqələrin genişləndirilməsindən danışan diplomat Naxçıvana səfərinin bu mənada mühüm əhəmiyyət daşıdığını bildirib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.