Siyasət

Aktauda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib - FOTO

12 Avqust 2018 00:00
0 Şərh     Baxış: 852

Beşinci Xəzər sammiti ərəfəsində Aktauda Qazaxıstan tərəfinin sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki,  müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak ediblər.

XİN başçıları "Xəzər beşliyi"nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.

"Bu gün biz güzəşt və qarşılıqlı məqbul qərarların axtarışına göstərilən səylər sayəsində Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılığa gələ bildik. Prezidentlər tərəfindən imzalanmaya çıxarılan Xəzər dənizinin hüquqi statusuna dair konvensiya buna sübutdur", - deyə Qazaxıstanın XİN rəhbəri K.Abdrahmanov bildirib.

Qeyd olunur ki, görülən işləri Xəzəryanı dövlət başçılarının şəxsi diqqət və fəal iştirakı olmadan həyata keçirmək mümkün olmazdı.

Məlumata görə, Xəzəryanı dövlətlərin XİN rəhbərləri tərəfindən qəbul olunan Protokol qərarında tərəflərin V Xəzər sammiti zamanı imzalanması planlaşdırılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə gələcək fəaliyyəti öz əksini tapıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.