Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum oldu

9 İyul 2018 11:13
Baxış: 1 477

Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E.Məmmədyarov qeyd edib ki, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüş keçiriləcək.

Onun sözlərinə görə, artıq Minsk qrupunun həmsədrləri də bu görüşlə bağlı işləri yekunlaşdırıblar. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.