Obyektiv əsaslarda formalaşmış ictimai rəy xarici informasiya təhlükələrinə qarşı ən etibarlı müdafiə vasitəsidir
Son zamanlar müxtəlif internet resurslarında, xüsusən də sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan qara piar kampaniyası daha da güclənib. Müxtəlif şəxslər və ya səhifələrdə ölkədə bir sıra hadisələri ya tam təhrif edərək, ya da böyük faciə, dəhşətli qanunsuzluq və s. həddədək şişirdərək ictimaiyyəti yalnış səmtə yönləndirməyə çalışırlar. Bu əsnada hətta Azərbaycan dövlətini, xalqını, onun prezidentini və digər rəsmi şəxsləri təhqir etməyə çalışırlar. Nəzərə alsaq ki, 2018-ci il Azərbaycanda həm prezident seçkilərinin keçiriləcəyi ildir, o zaman bu tendensiyanın haradan və niyə qaynaqlandığını anlamaq olur.

Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli.Az-a bildirib ki, postmodernist cəmiyyətlərdə informasiya və informasiya resursları xüsusi, əlahiddə vasitə kimi çıxış edir. Bu mənada sosial şəbəkələr və digər internet resursları ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrinə nüfuz etməyi bacarır. Bu isə internetdən yumşaq güc kimi istifadə edən müxtəlif güc mərkəzlərinin diqqətindən yayınmır.

Millət vəkilinin sözlərinə görə, belə mərkəzlər informasiyadan öz maraqları naminə ən müxtəlif formada yaralanmağa çalışırlar: "Təəssüf ki, bəzən informasiyanı silah kimi işlədənlər çox hallarda hüquqi, mənəvi, demokratik dəyərləri nəzərə almırlar və cəmiyyətin ümumi ictimai rəyini heçə sayırlar. Bir sıra hallarda isə qlobal informasiya vasitələri milli informasiya məkanına dezinformasiya və manipulyativ informasiya ixrac edən instituta çevrilirlər. Onların arxasında isə əlbəttə, konkret halda Azərbaycanı sevməyən qüvvələr dayanır. Beynəlxalq münasibətlər sistemində ölkəmizin gücünün daim artması, ölkəmizdə sabitiliyin və inkişafın davamlı olması, ordumuzun güclənməsi və erməni işğalı altında olan torpaqlarımızı azad etmək əzmində olması Azərbaycanın düşmənlərinin xoşuna gəlmir. Ona görə də vaxtaşırı milli birliyimizi və bərabərliyimizi pozmaq, inkişafımıza mane olacaq qeyri-sabitlik, qarşıdurma yaratmaq üçün uydurulmuş "məlumatlar"la milli informasiya məkanımıza hücümlür təşkil edirlər. Bu cür addımların, xüsusilə, siyasi fəal illərdə daha da gücləndirilməsi son dövrlərdə bir ənənə halını alıbdır.
Belə hücumlarda ölkənin birinci şəxsinin hədəf kimi seçilməsi də təsadüfi deyil".

Ancaq H.Babaoğlunun fikrincə, Azərbaycanda ictimai rəylə manipuliyasiya etmək o qədər də asan məsələ deyil: "Çünki hadisələrin sosial şəbəkələr üzərindən qeyri-obyektiv əsaslarda ictimai rəyə çatdırılması mexanizmi Azərbaycanda qəbul olunmur. Ona görə ki, bizim cəmiyyətimiz intellektual və siyasi savadlılıq baxımından kifayət qədər hazırlıqlıdır və doğrunu yalandan ayıra bilir, öz mili maraqlarını və təhkükəsiziliyini təhdid edən monipulyativ informasiyaları rədd edir. Düşünürəm ki, ölkəmizdə obyektiv əsaslarda formalaşmış ictimai rəy mövcuddur və bizim xarici informasiya təhlükələrinə qarşı ən etibarlı müdafiə vasitəmiz də elə budur".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
XƏBƏR LENTİ
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir





