Siyasət

Bakıda "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilib - FOTO

23 Dekabr 2017 13:22
Baxış: 1 065

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" mövzusunda konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konfransı açan Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən konfransın əhəmiyyəti barədə danışıb.

Son illər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəmizə yeni dividentlər gətirdiyini qeyd edən Baş nazirin müavini bu layihələrin xalqımızın rifah halının yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb.

Konfransda çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib ki, düşünülmüş strategiyasız iqtisadi sahədə uğur qazanmaq, eləcə də güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi nailiyyətlər qazanmaq mümkün deyil.

C.Qurbanov bildirib ki, Azərbaycanda nəqliyyat sektorunun inkişafı istiqamətində böyük işlərin görülüb: "Ölkədə müasir logistik şəbəkə qurulub, respublikanın geniş tranzit imkanlarından səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir".

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ölkədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyasından danışıb.

"Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni sazişin imzalanmasını böyük tarixi hadisə adlandıran X.Yusifzadə Azərbaycanda iki milyard ton neft hasil olunmasının təntənəli şəkildə qeyd edildiyini xatırladıb.

Konfransda YAP rəhbərliyi, hökumət üzvləri, deputatlar və digər rəsmilər iştirak ediblər.

Tədbir bədii hissə ilə davam edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.