Siyasət

Qarabağda erməni əsgərlər aclıqdan oğurluq edir

18 Sentyabr 2017 13:22
0 Şərh     Baxış: 1 527

Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissələrində ərzaq çatışmazlığından əziyyət çəkən hərbi qulluqçular oğurluğa başlayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, əvvəllər oğurluq faktları hərbi hissənin ərzaq ambarlarında qeydə alınırdısa, artıq bu cür faktlar hərbi hissələrin yaxınlığında yerləşən kəndlərdə də baş verir.

Hərbi hissələrin birində xidmət edən əsgər qonşuluqda yerləşən evə daxil olaraq oğurluq edib. Araşdırma nəticəsində, məlum olub ki, əsgər yalnız özü ilə ərzaq aparıb. Evdə olan pul və zinət əşyasına toxunmayıb.

Erməni jurnalistlərin "Əsgərlər acmı qalırlar" sualına Müdafiə Nazirliyinin baş qərargah rəisi Movses Hakopyan qısa cavab verməklə kifayətlənib: "Xeyr". 

"Bəs, nə üçün oğurluq edib" sualına isə Hakopyan "Tərbiyəsiz olub" - deyə bildirib. 

Əslində, Hakopyan məsələnin əsl mahiyyətindən yayınıb. Baş verən hadisə, əslində, Qarabağda yerləşdirilən işğalçı qüvvələrin necə hazırlığa malik olduğunu açıq-aşkar ortaya çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.