Siyasət

"Onlar bütün təşəbbüsləri pozur" – Deputat

19 Avqust 2017 20:33
0 Şərh     Baxış: 630

Azərbaycanın xarici siyasətində əsas prioritet Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahmqızı bildirib ki, hazırda beynəlxalq münasibətlərdə mürəkkəb proseslər xeyli artıb. Onun sözlərinə görə, yaranmış vəziyyətin səbəblərindən biri həll olunmamış münaqişələrdir: "İyirmi ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli bir zərurət kimi meydana çıxıb. Bu cəhət beynəlxalq təşkilatların hesabatlarında da nəzərə çatdırılır. Amma təəssüf ki, işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur. Bunun əsas səbəblərindən biri Minsk qrupunun həmsədrlərinin işğalçıya çox loyal münasibət göstərməsidir. Hətta onların bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüanslar da olub. Ona görə də Ermənistan bütün sülh təşəbbüslərini pozur. Əgər sülh danışıqları nəticə verməsə, bu missiyanı, yəni ərazi bütövlüyümüzün bərpa olunmasını ordumuz yerinə yetirəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.