Siyasət

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

18 Avqust 2017 11:30
0 Şərh     Baxış: 605

Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İspaniyanın Bakıdakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.