Hamburqda ikili standartlar yenə də işə düşdü
Gözlənildiyi kimi Qarabağ münaqişəsinin həlli ilə bağlı Hamburqda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş qarşı tərəfin təcavüzkarlıq siyasətindən əl çəkmək istəməməsi nəticəsində baş tutmayıb. Belə ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburq görüşündə Qarabağ münaqişəsi ilə bağlı danışıqların yenidən bərpa edilməsinə Ermənistan müxtəlif bəhanələrlə mane olub. Halbuki ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburq görüşündə ABŞ Dövlət katibi Con Kerri, həmçinin Almaniyanın xarici siyasət idarəsinin başçısı Ştaynmayer münaqişənin həllinin uzanmasının Avropada təhlükəsizliyi təhdid altın aldığını xüsusi vurğulayaraq tərəfləri qısa müddətdə problemi həll etməyə çağırıblar. Lakin həm Kerrinin, həm də Ştaynmayerin çıxışlarında yenə də münaqişənin həllinə münasibətdə ikili standartlar özünü göstərib. Məsələn, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer münaqişənin həll edilməməsinin günahını yenə də tərəflərin özündə axtarmağa cəhd edib. O riyakarcasına münaqişənin həll edilməməsinə görə ATƏT-i günahlandırmağın doğru olmadığını və problemin həllinin Azərbaycan və Ermənistandan asılı olduğunu vurğulayıb. Əslində Ştaynmayerin məsələyə belə yaxınlaşması ATƏT-in təcavüzkarın dəstəklənməsinə xidmət edən ikili standartlardan çıxış etdiyinin bir daha təsdiqinə çevrildi. Çünki ATƏT Minsk Qrupunun yaradılmasının əsas səbəbi tərəflərin münaqişənin həllində ortaq məxrəcə gələ bilməməsi oldu. Görünür Ştaynmayer ATƏT MQ-nin nə üçün yaradılmasını "unudub" və günahı ona görə yenə də tərəflərin özündə axtarmaqla qurumun fəaliyyətsizliyini ört-basdır edə biləcəyini düşünüb. və bunun nəticəsində çoxlu sayda insanlar zərər çəkdilər", - deyib.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, o iddia edib ki, guya aprel döyüşlərindən sonra ATƏT üçün danışıqların yenidən başladılmasına nail olmaq müşkülə çevrilib. Halbuki ATƏT MQ yaradıldığından ötən 23 il ərzində bu qurum problemin həlli üçün hər hansı ciddi bir addım atmayıb və onun əsas vəzifəsi mövcud status-kvonun qorunub saxlanılması olub. Aprel döyüşlərinin başlanmasına səbəb də məhz ATƏT MQ-nin təcavüzkarın nazı ilə oynaması, işğalçı ilə işğala məruz qalan ölkəyə eyni müstəvidən yanaşması oldu.
Ermənistan tərəfinin danışıqlardan imtina etməsinin səbəblərinə gəlincə, bunun arxasında aprel döyşlərindən sonra Rusiyanın təcavüzkar dövləti yenidən silahlandırmasının və ona "İsgəndər" raketlərinin verməsinin dayandığı sirr deyil. Məhz Rusiyadan hədiyyə edilən müasir silahlar Ermənistanın sülh danışıqlarından imtina etməsinə gətirib çıxarıb. Buraya münaqişənin həllində vasitəçi qüsmində iştirak edən digər həmsədr ölkələrin də mövqeyinin Ermənistana münasibətdə Rusiya ilə üst-üstə düşdüynü və onların təcavüüzkarı pərdə arxasından dəstəkləməsini əlavə edəndə onda problemin həlli edilməməsində günahkarların kim olduğu aydın şəkildə ortaya çıxır. Belə vəziyyətdə isə Azərbaycanın Qarabağ münaqişəsinin həllində ATƏT -dən nə isə gözləməsi sadəcə olaraq sadəlövlük olardı...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı





