Texasın Hyuston şəhərində Azərbaycan Dövlət Bayrağı Günü təntənəsi - FOTO
15 noyabr 2016-ci il tarixində ABŞ-ın Hyuston şəhərinin meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir təşkil olunmuşdur.
Milli.Az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xüsusilə bu tədbirdə iştirak etmək məqsədilə Hyustona səfər etmişdir. Tədbirdə həmçinin Hyuston meriyası nümayəndələri, ABŞ Konqresi və Texas ştatının Assambleyasının üzvlərinin təmsilçiləri, bir sıra ölkələrin Hyuston şəhərindəki baş konsulları, habelə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Amerika Azərbaycan, Türk, Yəhudi icmaları və Hyuston ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişdir.
Tədbirin əvvəlində çıxış edən Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova qonaqlara bu əlamətdar günün tarixçəsi barədə məlumat vermiş, habelə Bakı və Hyuston qardaşlaşmış şəhərlər arasında əlaqələr və bu əlaqələrin inkişafı perspektivləri haqqında danışmışdır.
Qonaqları salamlayan Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov müsəlman şərqində ilk demokratik respublikanın rəmzi olan bu bayrağın 25 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın üzərində ucaldıldığını qeyd edib, Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü və ardıcıl siyasəti nəticəsində bu gün ölkəmizin gücləndiyini, bütün sahələrdə irəlilədiyini, beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. Azərbaycan diplomatı bu il eyni zamanda Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin 40-ci il dönümünün olduğunu qeyd edərək, bu iki şəhər arasında əməkdaşlığı və onun Azərbaycan-ABŞ münasibətlərinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirmişdir. O, bu tədbirin Hyustonda keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, burada fəal və çoxsaylı Azərbaycan diasporasının olduğunu bildirmiş və bu kontekstdə Azərbaycan Mədəniyyət Mərkəzi və onun direktoru İradə Axundovaya Vətənimizin ABŞ-da tanıdılması və ölkələrimiz arasında münasibətlərin inkişafına dəstəyinə görə təşəkkürünü bildirmişdir.
Bundan sonra çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta Amerikanın Azərbaycan icmasını Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir. O, Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin təbii olduğunu, iki şəhərin bir çox aspektlərə görə oxşarlığını xatırlatmışdır. R.Sekuta hər iki şəhərin qarşılıqlı olaraq təcrübə mübadiləsinin artırılmasının faydalı olacağına ümid ifadə etmişdir. Səfir Azərbaycanın ABŞ üçün önəmindən danışaraq ölkələr arasında strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq, iki ölkə arasında enerji, təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusilə vurğulamışdır.
Bundan sonra çıxış edən Hyuston şəhər şurasının üzvü Kayk Laster şəhər meri Silvester Turner adından Azərbaycan icmasını təbrik etmiş, onların Hyuston şəhərinin sosial və mədəni həyatına verdiyi töhfələrə görə təşəkkür etmiş və 9 noyabr tarixinin Hyuston şəhərində Azərbaycan Bayrağı Günü elan edilməsi ilə bağlı şəhər merinin bəyannaməsini səsləndirmişdir. Daha sonra ABŞ Konqresinin üzvü El Qrinin təmsilçisi Sam Merçant konqresmenin adından Azərbaycanın Bayraq Günü münasibətilə bəyannaməni oxumuşdur.
Son bir neçə il ərzində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil olunan Azərbaycanın Dövlət Bayrağı Günü tədbirləri artıq ənənəyə çevrilmiş və bu təşəbbüs Texas ştatının rəsmiləri tərəfindən fəal şəkildə dəstəklənir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi
-
Prezident İlham Əliyev İƏT Təmiz Enerji Mərkəzi ilə Ev Sahibi Ölkə Sazişini təsdiqləyib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar -
-
Geosiyasi hesablama: Xəzər Avropanın davamı kimi
-
Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir - FOTO
-
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Aeroport yolunda ağır qəza - ölən var
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
“Neftçi” darmadağınla qələbə qazandı
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ
-
Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Britni Spirslə bağlı QƏRAR: Bu cəza verildi
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO
-
Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO
-
Paytaxtda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNDİ - FOTO
-
Aeroport yolunda ağır QƏZA - Ölən var
-
Tolik küsülü 2 müğənnini BARIŞDIRDI - VİDEO
-
"Met Qala 2026": Ən çox danışılan geyimlər, qeyri-adi dizaynlar... - FOTO
-
Zelenski “sükut rejimi” elan etdi
-
Faciəvi şəkildə ölən qazinin toy görüntüsü: 2 ay əvvəl EVLƏNMİŞDİ - VİDEO
-
Hörmüzdə əməliyyat zamanı İranın məkanına girilməyəcək





