Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.
Milli.Az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlandı.
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirdi.
Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirildi.
Dövlətimizin başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanla Parlamentlərarası İttifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.
Baş katib Azərbaycanın Parlamentlərarası İttifaqın işində fəal iştirak etdiyini deyərək, ölkəmizin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxundu.
Görüşdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulandı, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparıldı./AZƏRTAC
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Geosiyasi hesablama: Xəzər Avropanın davamı kimi
-
Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir - FOTO
-
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - VİDEO - FOTO
-
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova
-
Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”
-
İran uçuruma gedir? - İqtisadiyyatın iç üzü açıldı
XƏBƏR LENTİ
-
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşdü - Ölənlər var
-
Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
-
Nazirlikdə struktur dəyişikliyi edildi
-
Nagehan yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ - VİDEO
-
Moskva aeroportları fəaliyyətini dayandırdı
-
İngiltərə nəhəngi Endrik üçün 100 milyonu gözdən çıxardı
-
Sosial şəbəkələrdə saxta profillər işlədənlərin NƏZƏRİNƏ
-
3 rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Nəsrindən toy sonrası ilk AÇIQLAMA
-
Geosiyasi hesablama: Xəzər Avropanın davamı kimi
-
MEDİA müsabiqə elan edir
-
Bakıda harada yoqa, pilates və dartınma ilə məşğul olmaq olar? - Yeni başlayanlar üçün icmal - VİDEO
-
Mbappe ilə Vinisius arasında nə BAŞ VERİR? - Gərginlik böyüyür
-
Pakistanda istilər nəticəsində azı 10 nəfər ölüb
-
Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir - FOTO
-
Bakıda mənzildən yaşlı qadın meyiti TAPILDI
-
"Cabir ölümünü hiss edirdi"
-
Daşqından zərər görən evlərə kompensasiya VERİLƏCƏKMİ?
-
"Baş məşqçinin Mahirlə problemi var" - Elnurə Emreli
-
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - VİDEO - FOTO
-
“Geceqondu uşağıyam, ağzımda gümüş qaşıqla doğulmamışam” - FOTO
-
97 yaşlı qadının meyiti tapıldı
-
Azərbaycanda ətin qiyməti BAHALAŞACAQ
-
"Arvadla doğuşa girən kişi nəyə lazım?"





