Siyasət

Kamil Səlimov: "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına əməl etmək lazımdır"

8 Noyabr 2016 14:08
Baxış: 1 573

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında beynəlxalq hüquq normalarına əməl etmək lazımdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış" mövzusunda bu gün Bakıda keçirilən konfransda hüquq elmləri doktoru, professor Kamil Səlimov deyib.

K.Səlimov bildirib ki, biz keçmişdə qalan problemlərin müzakirəsini dayandırıb konkret gələcək planlar barədə düşünməliyik.

Onun sözlərinə görə, münaqişənin nizamlanmasında beynəlxalq təşkilatlaırın fəaliyyəti heç bir nəticə verməyib.

Danışıqlar prosesinin hələ 1991-ci ildə başladığını deyən K.Səlimov ATƏT-in Minsk qrupunun da heç bir nəticə əldə etmədiyini bildirib:

"Münaqişə ilə bir sıra beynəlxalq təşkilatlar məşğul olur və hər biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.