Siyasət

AMİP sədri Gəncəyə niyə gedib?

22 Aprel 2011 10:57
Baxış: 179
Milli.Az xəbər portalı "Bizim Yol"a istinadən bildirir ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurası qurumun İctimai Palatadakı fəaliyyətini dayandırması haqqında çıxardığı qərardan sonra təşkilatın sədri Yusif Bağırzadə Bakını tərk edərək Gəncəyə yollanıb.
Bəzi iddialara görə, Bağırzadə siyasətdən getməyə hazırlaşır.

AMİP-in baş katibi Arzuxan Əlizadə Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, partiyanın sədri Y.Bağırzadə ilə bağlı bu iddialar tamamilə əsassız spekulyasiyalardır.

"Yusif Bağırzadə indi şəxsi işləri ilə bağlı Gəncə şəhərindədir və onun səfərinin də İctimai Palata ilə bağlı qəbul edilmiş qərara heç bir aidiyyatı yoxdur. Bazar ertəsi onun Bakıya dönəcəyini gözləyirik", - A.Əlizadə söylədi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.