Siyasət

Dairə Seçki Komissiyaları seçici siyahılarını MSK-ya təhvil veriblər

7 Aprel 2011 10:10
Baxış: 321
Dairə Seçki Komissiyaları seçici siyahılarını Azərbaycan Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend-ə bildirilib.

Məlumata əsasən,vahid seçicilər siyahısının dəqiqləşdirilməsi davam etdirilir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, artıq dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Hazırda Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirir. Bu proses ən geci mayın sonuna qədər yekunlaşacaq və ölkə üzrə dəqiqləşdirilmiş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.