Siyasət

Erməni ana: "Oğullarımızı ölümə niyə göndərirsiniz?!" - VİDEO - FOTO

29 Aprel 2016 14:58
12 Şərh     Baxış: 11 036

"Apardılar, Dağlıq Qarabağda həlak oldu. Cəbrayıl rayonu istiqamətdəki döyüşlərdə öldürdülər onu. İndisə deyirlər ki, mənzil veririk. Dəysin başlarına o mənzil".

Ermənistan Silahlı Qüvvələrinin 33 yaşlı polkovnik-leytenantı Aleksan Arakelyan aprelin 2-də Cəbrayıl rayonu istiqamətdəki döyüşlərdə öldürülüb.

Ermənistanda iqtidarda olan Respublika Partiyasından olan deputat Arman Saakyanın təşəbbüsü ilə "Sos Gumru" proqramı həyata keçirilir. Bu proqram çərçivəsində Dağlıq Qarabağ döyüşlərində həlak olmuş erməni hərbçilərin ailələrinə mənzillər verilir. 
Mənzil alacaq ailələr arasında A.Arakelyanın ailəsi də vardı.

Arakelyanın arvadı və iki övladı kiçik, birotaqlı mənzildə yaşayırlar.
A.Arakelyan sağ olanda Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət edərək Gümrü rayon mərkəzində ona mənzil verilməsini istəmişdi. Amma Arakelyanın müraciətləri hər dəfə cavabsız qalmışdı.
A.Arakelyanın atası Gevorq Arakelyanın atasının dediyinə görə, onlar mənzildən imtina ediblər.

"Dəysin onların başlarına! Oğlum Ermənistan ordusunda 16 il xidmət etdi, mənzil ala bilmədi. Daha doğrusu, ona mənzil vermədilər. İndisə elə bil itin qabağına sümük atırlar. Oğlum həlak olub, onun qanını Sarkisyana və onun generallarına haram edirəm! Deputatlar 200 min dollarlıq maşın sürürlər, amma oğlumun ailəsi həmişə yarıac-yarıtox yaşadı. Döyüşdə ölənin xatirəsini belə istəmirlər. Onların pulu, sözləri mənə gərək deyil. Oğlumun məzarı üstündə abidəni özüm qoyacağam. Qoy bu şərəfsizlər pullarını kazinolarda, barlarda, kafelərdə xərcləsinlər. Nə istəyirlər, eləsinlər  - onlardan mənə heç nə lazım deyil. Evimi satacağam, oğlumun məzarının üstündə heykəl qoyduracağam", - G.Arakelyan söyləyib.

O daha sonra bildirib ki, azərbaycanlılar ermənilərin mövqelərini ələ keçirəndən sonra polkovnik Xovik Abramyan onun oğlunu məhz həmin mövqelərə göndərib: "Komandir oğlumu ölümə göndərdi. Xovik Abramyana suallarım var. Tankın akkumulyatorlarını kimə satdın? ZTR-də yanacaq əvəzinə su vardı. Alayın, taburun ərazisində donuzlar gəzirdi. O donuzlar kimindi?! Təbii ki, Xovik Abramyanın".

G.Arakelyan oğluna ölümündən sonra verilmiş "Döyüşçü Xaçı" ordenini də geri qaytarmaq istəyir, çünki Ermənistan Müdafiə Nazirliyindən kimsə bu ordeni ailəyə sayğı əlaməti olaraq təqdim etməyib.
G.Arakelyan tək deyil.

Ermənistanın Şirak vilayətinin Artik rayonunda, Mes Mantaş kəndində yaşayan Qaboyanlar ailəsi də "dördgünlük müharibə"dən sonra "qara kağız" alıb.
Leytenant Argişti Qaboyan döyüşlərdə öldürülüb.
A.Qaboyanın atası Arsvi Qaboyan indi Ağdərə rayonunda səngərdədir.

Qaboyanlar ailəsi isə kənddəki köhnə yeməkxanada yaşayır. 
Argiştinin anası Lüsine Qaboyan deyir: "Sarkisyan özünü prezident hesab edirsə, bu xalqın lideri bilirsə, niyə onun, qohumlarının, dəstəsindəki adamların, nazirlərin, deputatların oğulları cəbhədə deyillər?! Oğullarımızı niyə ölümə göndərirsiniz?! Yoxsa Qarabağ müharibəsində qalib gəldiyinizi düşünürsünüz?!"

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Nizam Moskva · 29 Aprel 2016 15:1400

    Onu oglun əvvəl fikirləşməliydi getməyəydi döyüşə ya qoymamalıydın.İndi artıq gecdi döyüşdə ölübsə erməni iti kimi gəbərib.

    Cavab yaz
  • Anonim
    Tornado · 29 Aprel 2016 15:2600

    Allah heç bir ananı gözü yaşlı qoymasin, övlad sarıdan sinəsinə dag cəkilməsin. Sənin oglun fərari olardi ama Sarkisyana xidmət etməyəydi.

    Cavab yaz
    • Anonim
      Leyla yeraz · 29 Aprel 2016 15:5600

      Bunlarin analarinin Timsah goz yaşlari qetiyyen mende merhemet hissi yarada bilmez.)))) Cunki bunlarin xisləti mundardi. Nə qeder ki, o yaramazlar ateşkesi pozacaq. Bir o qeder ve ondan çox, igidlerimiz onlara lazimi muqavimeti gosterecekler. Onlarin hökumeti çox gozel bilirki, Azerbaycan bu gunki gunde herbi-sursat cehetden mohkemlenib, ve strateji erazilerini geri qaytarmaq gucune malikdir. Ve bir əmr yeterki butun vetenperver oğullarimiz (yeri gelse qizlarimiz) var gucu ile duşmenin mudsfiesini yarsın, onlari darmadağin etsin. Odurki, bele timsah goz yaşlari tokmekdense , oz olke rehberliyinize qarşi her gun dayanmadan mitinqler, usyanlar plani hazirlayin. O da bele usyana aciz qalib, torpaqlarimizin hellinde sulh yolunu ustun tutsun. Muharibe şeraiti yekunlaşsin. Eks halda bizim quvvelerimizin neye qadir olmaqlarini sizin mundar millete gostermeyi ozumuze borc bilerik!

      Cavab yaz
  • Anonim
    ss · 29 Aprel 2016 15:3600

    Oda anadida,meyer onlar konullu doyusur mecburdu doyusmese oldurecekler,ozunu ailesini,Allah sarksiyana lenet elesin,camaati qirdirir serefsiz,o terefli bu terefli ne qeder analar korpeler gozu yasli qalir,o serefsiz alcaga gore,

    Cavab yaz
  • Anonim
    Leli. · 29 Aprel 2016 15:3700

    Alma mezlumun ahini cixar aheste-aheste.

    Cavab yaz
    • Anonim
      hec henanin yeridi · 29 Aprel 2016 15:4200

      .

      Cavab yaz
      • Anonim
        )))))))))) · 29 Aprel 2016 16:0500

        )))))))))))

        Cavab yaz
  • Anonim
    Virus · 29 Aprel 2016 15:5300

    Ele eceb olur sizlere...haminiz olmelisiz...ushaqi anadan olannan orgedirsin turk dushmendir...indide muharibeye lenet yagdirirsiz... helem cox goz yashlari tokeceksiz...

    Cavab yaz
  • Anonim
    leyla · 29 Aprel 2016 16:0000

    sizinkiler adamdi bizimkiler yerden cixib sizin ogluvuz ola bilir bizim analarimiz dasdi meger nece deyerler alma mazlumun ahini cixar aheste aheste

    Cavab yaz
  • Anonim
    Konul · 29 Aprel 2016 17:4600

    Xocalida qirilan körpeler onlarda merhemet hissi yaratmadiqlari kimi,bu gedenin de ölümü bizim millete ferq elemir,hem bizim uşaqlara gülle atacaq,öldürecek,hem bizim ona yaziğimiz gelsin? Paradoks

    Cavab yaz
  • Anonim
    Ana · 29 Aprel 2016 19:4400

    Allah ermenileri öldürsün,onlara yazıgıvız gəlməsin 20 il keçəndən sonra sizin balalarıvızı qıracaqlar.ermenini bagışlamaq olmaz.Birde deyirem ermeni alçagını bagışlamaq olmaz!!! 20 ilden sonra yenə öz işlerini görəcəklər . Yazıg diyə diyə bu günə qalmışıg .

    Cavab yaz
  • Anonim
    anonim · 30 Aprel 2016 11:5900

    Xocalida qirilan oğulların,körpələrin analari da ana idi.onda niye sarkisyana lenet oxumurduz?bes bilmirdiz ki indi bele olacaq?onda sevinirdiz.indi aglamaq novbesi sizdedi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.