Demokratiya Uğrunda İttifaqı (DİU) da tarixə qarışdı. Milli.Az xəbər portalı bildirir ki, DİU-nun Sədrlər Şurasının dünənki toplantısında Böyük Azərbaycan Partiyası Siyasi Şurasının partiyanın Demokratiya Uğrunda İttifaqda fəaliyyəti müzakirə edilib.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da DUİ-nin fəaliyyətinə xitam verilməsi təklifi ilə çıxış edib. Məsələ toplantıda geniş müzakirə edilib və DİU-nun fəaliyyətinə dünən xitam verilib.
Bununla yanaşı, KXCP İdarə Heyətində partiyanın İctimai Palatada təmsilçilik məsələsinə dair müzakirələr aparılıb. Sonda qərar verilib ki, KXCP İctimai Palatada təmsil olunmalıdır. Rəsmi qərarla bundan sonra partiyanı İctimai Palatada KXCP-nin Salyan rayon təşkilatının sədri Ədalət Yusifov təmsil edəcək.
O, bildirib ki, bu haqda KXCP İdarə Heyətinin rəsmi qərarını İctimai Palatanın Koordinasiya Şurasına artıq təqdim edib: "Əslində KXCP İctimai Palatanın işində iştirak etməklə yanaşı bu qurumun yaranmasında əməyi olan təşkilatlardandır. Sadəcə olaraq KXCP daha geniş spektrdə müxalifətin bir araya gəlməsi xəttini müdafiə edir. Hesab edirdik ki, daha geniş inteqrasiyaya ehtiyac var. KXCP-nin İctimai Palatada iştirakı məsələsinə artıq nöqtə qoyuldu".
"Böyük Azərbaycan Partiyasının Demokratiya Uğrunda İttifaqda fəaliyyətinə son vermək niyyətindən sonra qurumun buraxılması qərarına gəldik". Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu "Media forum" saytına açıqlamasında belə deyib.
KXCP sədri Mirmahmud Mirəlioğlu ittifaqa daxil olan Azadlıq və Milli Qurtuluş partiyalarının DUİ-nin fəaliyyətinə xitam verilməsi qərarını dəstəkləmədiyini qeyd edib:
"Fevralın 21-də bu məsələni müzakirə etdik və qərara gəldik ki, fevralın 22-də bir daha toplaşaq. DUİ-ni üç siyasi partiya təsis etmiş, sonradan ittifaqa daxil olan partiyaların sayı altı olmuşdu. Bir qədər sonra isə partiyaların sayı dördə endi. Böyük Azərbaycan Partiyasının ittifaqda fəaliyyətinə son qoymaq niyyətinə görə DUİ-nin fəaliyyətinə xitam verilməsi daha məqbul hesab edildi. Klassik Xalq Cəbhəsi Partiyası Böyük Azərbaycan Partiyasının qərarını hörmətlə qarşıladı, Azadlıq və Milli Qurtuluş partiyaları qərarı dəstəkləməsə də, Demokratiya Uğrunda İttifaq tarixə qovuşdu, - M.Mirəlioğlu "Mediaforum"a bildirib. - Hesab edirəm ki, 4 il normal birgə fəaliyyət göstərdik, bir-birimizi tanıdıq, bəzi işlər görə bildik. Əbədi bir şey yoxdur, hörmət və izzətlə ayrılmağa qərar verdik".
Xatırladaq ki, Demokratiya Uğrunda İttifaq 2007-cı ilin aprelində yaradılmışdı. Quruma Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Milli Qurtuluş partiyaları daxil idi.
Milli.Az
Siyasət
Demokratiya Uğrunda İttifaq niyə dağıldı?
23 Fevral 2011 11:41
Baxış: 1 532
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkian Prezident İlham Əliyevə zəng edib
-
Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir
-
Prezident İlham Əliyev: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir
-
Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq
-
Prezident İlham Əliyev: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir
-
Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək
XƏBƏR LENTİ
-
Tehranda 30 mindən çox evə ziyan dəyib
-
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
-
Ən dadlı keks südlə, yoxsa qatıqla alınır?
-
Günün qoroskopu: İşinizdə mükəmməl nəticələr əldə edəcəksiniz
-
"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər
-
Gürcüstanda qətlə yetirilən azərbaycanlı gəncin FOTOsu- YENİLƏNİB
-
"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycan idmanına ağır itki - FOTO
-
Telefonunuzda bu proqramlar varsa, DİQQƏTLİ OLUN! – Şəkilləriniz oğurlana bilər
-
Ermənistanda poliqonda partlayış olub - ölən var
-
100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
-
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL
-
Pezeşkian beynəlxalq təşkilatlara çağırış etdi
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Tramp onu vəzifədən azad etdi
-
Gürcüstan Vəkillər Kollegiyasının sədri Azərbaycana rəsmi səfər edib - FOTO
-
Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmir
-
Tramp: İran razılaşma bağlamasa çox gec olacaq
-
"Oğullarımın yanında məzar yeri almışam"
-
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
-
Pezeşkian Prezident İlham Əliyevə zəng edib
-
Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
-
"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO





