Siyasət

Amerikalı ekspert: "Azərbaycan Minsk qrupu formatından imtina etməlidir və..."

25 Sentyabr 2015 20:24
Baxış: 1 636

Ermənistanın mövqeyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına imkan vermir və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində növbəti görüşü münaqişənin həllinə çətin ki müsbət dəyişikliklər gətirsin. Milli.Az bildirir verir ki, bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, siyasi analitik Piter Teys deyib.

Ekspert bildirib ki, əgər Ermənistan Qarabağ münaqişəsinin həllində maraqlı olsaydı, mütəmadi olaraq təmas xəttində yaşayış məntəqələrinə hücum etməzdi.

Onun sözlərinə görə, Ermənistan ən problematik ölkədir: "Hətta Suriyadan da problematikdir".

P.Teys hesab edir ki, Azərbaycan Minsk qrupu formatından imtina etməlidir və münaqişəsinin nizamlanması ilə güclü dövlətlər məşğul olmalıdır: "ABŞ bu həlli yubanmış münaqişəni nəzərə almır ki, bu da ciddi tarixi səhvdir".

Ekspertin sözlərinə görə, ABŞ münaqişənin həllində passiv rol almağa qərar verib, halbuki Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün problemin həllini gözləyir: "Azərbaycanın dünya ictimaiyyətinin, ABŞ kimi ölkələrin dəstəyinə son dərəcə ehtiyacı var. Azərbaycan insan həyatının yüksək qiymətləndirildiyi demokratik ölkədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.