Siyasət

Prezident İlham Əliyev Beynəlxalq Konkisürmə İttifaqının prezidentini qəbul edib - FOTO

11 Fevral 2011 16:28
Baxış: 287
Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Beynəlxalq Konkisürmə İttifaqının prezidenti Ottavio Çinqvanto Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, Bakının müasirliyinin və paytaxtımızdakı inkişaf proseslərinin şahidi olduğunu deyib.

Ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini bildirən Prezident İlham Əliyev son illər Azərbaycanın idman sahəsində böyük uğurlar və nailiyyətlər əldə etməsinin önəmini vurğulayıb. Dövlət başçısı Beynəlxalq Konkisürmə İttifaqının prezidenti Ottavio Çinqvantonun ölkəmizə bu səfərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Milli.Az



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.