Siyasət

Rumıniya prezidenti: “Biz hər sahədə Azərbaycanı dəstəkləyirik”

27 Yanvar 2011 19:01
Baxış: 213
APA-nın məlumatına görə, bu sözləri Rumıniya prezidenti Trayan Basesku AŞPA-nın qış sessiyası çərçivəsində qurumun sədri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın Avropa Şurasına üzvlüyü, Azərbaycan-Rumıniya münasibətlərinə dair suala cavab verərkən deyib.

O, Rumıniya ilə Azərbaycanın bütün sahələrdə əməkdaşlıq etdiyini söyləyib: "Siz bilirsiniz ki, Azərbaycanla Rumıniya strateji tərəfdaşdır. Hər sahədə əməkdaşlıq edirik. Biz Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri ilə birgə əməkdaşlıq edən yeganə ölkəyik. Əgər bu ölkələr Avropaya inteqrasiya yolunu seçib, Avropa ümumi bazarına çıxmaq istəsələr, biz onlara xoş gəldiniz deyəcək və lazımi dəstəyi göstərəcəyik. İstəyirik ki, gələcəkdə bu ölkələr də Avropa cəmiyyətinin bir üzvü olsun. Xəritəyə baxdıqda, Azərbaycan enerji resurslarının zənginliyini görürük. Biz hər sahədə Azərbaycanı dəstəkləyirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.