Siyasət
Əli Həsənov: "Azərbaycan bütün beynəlxalq ictimaiyyətə və işğalçı qüvvələrə bir daha xəbərdarlıq edir"
25 Yanvar 2011 10:49
Baxış: 158
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsi:
- Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı tərəfindən Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlik növbəti çox ciddi bəyanat səsləndi. Dövlət başçısı bildirdi ki, Azərbaycan ordusu bu gün elə bir vəziyyətdədir ki, nəinki Dağlıq Qarabağdakı, hətta, Ermənistandakı vəziyyəti dəyişdirmək iqtidarındadır. Siz Prezident Administrasiyasının rəsmisi olaraq, dövlət başçısının bu bəyanatı barədə nə deyə bilərsiniz?
- Dövlət başçısı bu məsələni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların uzanması fonunda səsləndirdi və qeyd etdi ki, Ermənistan rəhbərliyi bu danışıqları süni şəkildə uzadır, hər dəfə razılaşdırılmış məsələləri təkrar-təkrar gündəmə gətirməklə problemin həllinə süni maneçilik yaradır. Bu da bizə əsas verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yönümündə digər alternativ məsələlər haqqında düşünək və gələcəkdə belə davam edəcəyi təqdirdə, Azərbaycan digər vasitələrə əl atmaq məcburiyyəti ilə üzləşə bilər.
Odur ki, cənab prezident iclas zamanı ordu quruculuğunun, ölkədə hərbi sənayenin inkişafı faktlarını diqqətə çatdırdı və son illərdə Azərbaycanın hərbi büdcəsinin getdikcə artdığını, 2011-ci il üçün bu büdcənin Ermənistanın ümumi dövlət büdcəsindən artıq olduğunu nəzərə çatdıraraq, bunu bu danışıqları süni surətdə uzatmağa çalışan Ermənistan rəhbərliyinə, eləcə də, məsələnin həllində ciddi iradə ortaya qoymayan beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna, onun həmsədrlərinə bir mesaj kimi ünvanladı. Əlbəttə, cənab prezident birmənalı bəyan etdi ki, Azərbaycan öz torpaqlarının başqa bir dövlətin tərkibinə keçməsinə və yaxud da Azərbaycanın ərazi bütövlüyünün pozulmasına heç vaxt razı olmayacaq.
Cənab prezident burada beynəlxalq hüququn normalarını da xatırlatdı və son bir ildə həm Avropa Parlamentinin, həm NATO sammitinin qərarlarını diqqətə çatdırdı ki, bu sənədlərdə də Azərbaycanın ərazilərinin işğal olunması və ərazi bütövlüyünün təmin edilməsi faktı təsdiq olunub. Ona görə biz bu çərçivədən də istifadə edərək gələcəkdə torpaqlarımızın azad olunması vasitəsi kimi istənilən beynəlxalq və daxili imkanlarımızdan istifadə edəcəyik.
- Prezidentin bu bəyanatından təxminən bir neçə gün öncə müxalifət qəzetlərində də Azərbaycanda müharibəyə start veriləcəyi ilə bağlı yazılar yer almışdı. Bunun üstündən çox qısa müddət keçəndən sonra isə bu məsələ yuxarıda qeyd edildiyi kimi, dövlət başçısının özü tərəfindən dilə gətirildi. Belə olan halda, Azərbaycan doğrudanmı, artıq müharibəyə, hərb variantına start verir və ya verməyə hazırlaşır?
- Düşünmürəm ki, bu, müharibəyə hazırlıq startının verilməsidir. Amma Azərbaycan bununla bütün beynəlxalq ictimaiyyətə və işğalçı qüvvələrə bir xəbərdarlıq edir ki, öz torpaqlarını azad etmək hüququnu saxlayır. Bu hüququ reallaşdırmaq üçün öz iqtisadi, siyasi, hərbi qüdrətini günü-gündən artırır və bu, belə də olacaq. Bu, Azərbaycanın öz işidir və buna heç kim qarışa bilməz. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün istənilən vasitələrdən istifadə etməyə haqqımız var.
- Azərbaycan dövləti və ordusu müharibə aparmağa qadirdirmi?
- Azərbaycan hakimiyyəti verdiyi bəyənatın məsuliyyətini dərk edir və hesab edirəm ki, biz bu məsələlərə də hazırıq.
"525-ci qəzet"

DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Əli Əsədov yeni qərar imzaladı
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
-
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb
XƏBƏR LENTİ
-
İyulun 29-dan 5 məktəbdə sərbəst qəbul başlayacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Çində ard-arda zəlzələ oldu
-
Biləsuvarda sürücü sükan arxasında vəfat etdi
-
3 dəqiqəyə 1000 səhifəlik kitab oxudu – (Video)
-
Qızıl ucuzlaşdı
-
AMB bu günün valyuta məzənnələrini açıqladı
-
Dünya bazarında neft ucuzlaşmağa başladı
-
Bakıda tıxac olan küçə və prospektlər açıqlandı
-
Bu gün Yasamal, Nərimanov və Xətaidə işıq kəsiləcək
-
Nə bıçaq, nə də isti su: Dondurucunu dəqiqələr ərzində əridən üsul
-
Ən romantik və ən qısqanc bürclər
-
100 il yaşamağa kömək edən yapon pəhrizi
-
Niyə bəzi yumurtalar çətin soyulur?
-
Tez-tez kolbasa yemək xərçəng riskini artırır
-
Tərəvəzləri sirkəli suda saxlayanların nəzərinə!
-
Təzə balığı necə seçmək olar?
-
Qarpızı hansı aylara qədər yemək məsləhətdir?
-
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
-
Yuxunu qaçıran qidalar: Gecələr bunları yemək məsləhət görülmür
-
Bu göyərti yüksək təzyiqin qarşısını alır
-
Niyə bəzi yumurtalar asan soyulmur? - Heç kim bunun səbəbini bilmirdi
-
Avqustda 4 bürcə pul gələcək
-
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib