Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin "parlamenti"nə qurama "seçki"lər Azərbaycan Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu "seçkilər"in heç bir hüquqi qüvvəsi ola bilməz. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO və ATƏT-in Minsk Qrupunun həmsədrləri statusunda və fərdi əsasda Rusiya Federasiyası, Fransa və ABŞ və bir çox digər dövlətlər tərəfindən verilmiş bəyanatlarda əks olunduğu kimi, beynəlxalq ictimaiyyət bu qurama "seçki"lərin rədd edilməsində və dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn imperativ normalarının pozulması ilə müşayiət olunaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyəti legitim olaraq tanımamaqda əsaslı şəkildə Azərbaycan Respublikası ilə həmrəy olub.
Bəyanatda vurğulanıb ki, bu təxribatçı addım Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir və bunun müqabilində Ermənistan gərginliyi artırmaq, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirmək, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişmək, iqtisadi və digər fəaliyyətlər, xüsusilə son məqsəd olaraq "fait accompli" vəziyyəti tətbiq etmək üçün erməni əhalisinin bu ərazilərə köçürülməsi vasitəsilə işğal siyasətinin nəticələrini və ilhaqçı niyyətlərini cəmləşdirmək üçün davamlı addımlar atır: "Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bir daha vurğulayır. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Münaqişənin həllinin prinsipial əsası BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) və BMT Baş Assambleyasının 62/243 (2008) qətnamələrində təsbit olunmuşdur. Bu sənədlər Azərbaycana qarşı gücdən istifadəni və ərazilərinin işğalını pisləyir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Bu qətnamələrdə BMT Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edir və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib - FOTO
- COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü bunun vacibliyini təsdiqləyəcək
- Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
- İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
- Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadıldı - YENİLƏNİB
XƏBƏR LENTİ
- Xanımından Mark Zukerberqə qeyri-adi hədiyyə - FOTOlar
- 35 ildən sonra yenidən bunu etdi - FOTOlar
- 61 yaşlı aktrisa dekolteli libası ilə diqqət çəkdi - FOTO
- Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
- Gül mağazasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
- Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
- ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
- Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin
- Atəşkəs olsaydı, HƏMAS bunu edəcəkdi - Fidan
- Fitsonu güllələyən yazıçı ilə bağlı iddialara cavab
- "Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- HƏMAS-dan İsrailə Rəfahla bağlı xəbərdarlıq...
- 4 güləşçimiz finalda
- Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
- Məhkəmədən İmran Xanla bağlı qərar
- Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı
- Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
- "Kuruluş Osman" izləyicilərinə pis xəbər
- “Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
- Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"
- Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?
- Bu gün güllələnən baş nazirin maraqlı həyatı…