Siyasət

Çexiya XİN: "Azərbaycanın işğal olunmuş ərazisində keçirilən "parlament seçkləri"ni tanımırıq"

4 May 2015 17:50
Baxış: 738

"Çexiya münaqişənin suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır"

"Çexiya Respublikası Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkləri"nin hüquqi və konstitusional əsasını tanımır".

APA-nın məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Çexiya Respublikası hesab edir ki, bu kimi birtərəfli aktlar qarşılıqlı etimadın gücləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müsbət atmosferin yaranmasına xidmət etmir. Çexiya münaqişənin beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Çexiya fəal şəkildə ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və bütün münaqişə tərəflərini sülh prosesini davam etdirməyə çağırır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.