Siyasət

Vyetnam prezidenti Azərbaycana səfər edəcək

4 May 2015 12:13
Baxış: 847
Vyetnam prezidenti Çıonq Tan Şanq mayın 13-15-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Məlumatda bildirilir ki, prezident mayın 7-10-da Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək üçün Rusiyaya da səfər edəcək: "Moskvadakı tədbirlərdən sonra Vyetnam lideri mayın 10-13-də Çexiyaya, 13-15-də isə Azərbaycana rəsmi səfərə gələcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.