Siyasət

Sudan Azərbaycanı enerji və qızıl hasilatına investiya yatırmağa dəvət edir

18 Mart 2015 14:44
Baxış: 1 541
"İslam dövlətləri problemlərini bir-birini məlumatlandıraraq həll etməlidirlər və İslam Əməkdaşlıq Təşkilatı bunun üçün yaxşı platformadır".

Trend-in məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov sudanlı həmkarı ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, XİN rəhbəri ilə görüşdə bu məsələdə gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib: "İki ölkə arasında ikitərəfli səviyyədə və beynəlxalq arenada siyasi münasibıtlər yüksək səviyyədədir. Biz beynəlxalq arenada bir-birimizi həmişə dəstəkləyirik".

Nazir qeyd edib ki, Sudan, həmçinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Azərbaycan üçün neft və qızılla zəngin olan Sudanla iqtisadi əlaqələrin inkişafı da maraqlıdır deyən E.Məmmədyarov əlavə edib ki, gələcək əməkdaşlıq üzrə nəzərdən keçiriləcək bir neçə layihə var: "İki ölkə müqavilə-hüquq bazasını da genişləndirmək niyyətindədir. Bu gün iki XİN arasında əməkdaşlığa dair protokol imzalanıb".

Sudan XİN-in rəhbəri Əli Əhməd Karti bildirib ki, ölkəsi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu mövqe dəyişməz olaraq qalır: "Səfərim əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır, xüsusilə enerji sektorunda əlaqələrin inkişafı üçün yaxşı imkanlar var. Sudan bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir. Biz sudanlı tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almalarının təşkilində də maraqlıyıq".

Onun sözlərinə görə, Sudan Azərbaycan iş adamlarını ölkənin iqtisadiyyatına sərmayə yatırmağa da dəvət edir: "Söhbət enerji, qızıl hasilatı və sair sahələrdən gedir. Sudan hökuməti Azərbaycan investisiyalarını dəstəkləməyə hazırdır. Qarşılıqlı investisiyaların qorunması və ikiqat vergitutmanın azad edilməsi barədə sazişlərin layihəsi üzərində iş aparılır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.