Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu faciənin soyqırımı faktı kimi tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin ildən-ilə daha geniş vüsət alması internet media və sosial şəbəkələrdə də bu mövzuya diqqətin artmasına səbəb olub. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində həm Azərbaycanda, həm də bütün dünyada keçirilən çoxsaylı tədbirlər ətrafında aparılan müzakirələr Twitter mikrobloqunun tematikasına əhəmiyyətli dərəcədə təsir edib.
Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox münasibət bildirilən və paylaşılan mövzu olub və Twitter Top Trendində birinci yeri tutub. Bu isə onu deməyə əsas verir ki, milyonlarla Twitter istifadəçisi bu faciəyə öz münasibətini bildirib. "Retwit"lərin sayına görə də Xocalı soyqırımı mövzusu rekord həddə çatıb.
Əvvəlki illərdə sosial şəbəkələrdə Xocalı soyqırımı mövzusuna münasibət bildirən şəxslər əsasən Azərbaycan və Türkiyə vətəndaşları, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar və türklər olmuşdular. Bu il isə Twitter istifadəçilərinin əhəmiyyətli hissəsi, müxtəlif ölkələrin vətəndaşları mövzu ətrafında xüsusi fəallıq nümayiş etdiriblər.
Xocalı soyqırımına münasibətə gəldikdə, Twitter istifadəçiləri soyqırımı faktını və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri kəskin şəkildə qınayıblar. Bir çox rəylərdə soyqırımının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınması, ona hüquqi qiymətin verilməsi məsələsi qabardılıb. Soyqırımı qurbanlarına dair vizual görüntülərin intensiv şəkildə paylaşılması da müşahidə olunub.
Diqqəti çəkən xüsusi məqamlardan biri kimi ictimai-siyasi xadimlərin, siyasətçilərin, ekspert və politoloqların, ayrı-ayrı sahələr üzrə tanınmış şəxslərin müzakirələrdə fəal iştirakını qeyd etmək olar.
Araşdırma nəticəsində müəyyən edilib ki, "Xocalıya ədalət!" kampaniyası Twitter dünya trendində geniş rezonans doğurub, yerli trenddə isə lider mövzu olub.
Milli.Az
Siyasət
Xocalı soyqırımı mövzusu Twitterdə birinci oldu - FOTO
27 Fevral 2015 21:17
Baxış: 1 085
DİGƏR XƏBƏRLƏR
- “Tavini” partiyası ilə BTQ arasındakı əməkdaşlıq dekolonizasiya prosesinə mühüm töhfə verəcək - Abbas Abbasov
- Paşinyanı qapı-qapı gəzdirən prinsipial mövqe - VİDEO
- Qərbi Azərbaycan İcması: Aİ regionda müsbət dinamikanı pozmağa çalışır
- Robert Fitso İlham Əliyevə təbrik məktubu göndərib
- Alar Karis İlham Əliyevə təbrik məktubu göndərib
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
XƏBƏR LENTİ
- “Çalışırlar ki, cəhənnəm olum” - Erməniəsilli jurnalist
- Bu ölkə Ukraynaya 70 milyon avro yardım ayırdı
- Cavanşir Məmmədovun məzarı - VİDEO
- Meşədə çətənə kolu yetişdirən şəxs tutuldu - FOTO
- “Olimpiakos”un ilk Avropa titulu
- Bakıda bu yollarda tıxac var - SİYAHI
- Xalq artisti: “Ayıbdır, qız-gəlin baxır”
- Məcburi köçkünlük dövründə Şuşa həsrəti həmişə ürəyimizdə olub - Şuşa sakini
- Dneprdə güclü partlayış baş verib
- AB üçün əsas təhlükə Rusiya deyil - Orban
- Daha 15 ailə Şuşaya qayıdır - FOTOlar
- Mütəxəssis satışdakı suları ifşa etdi: Keyfiyyətlisini necə seçək?
- Erməni qoşunları buna görə hələ də sərhəddədir – Asryan
- Bu il güclü qasırğalar ola bilər - Xəbərdarlıq
- Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı
- Başgicəllənməsi ilə başlayan təhlükəli xəstəlik – Yaşıl çay içmək vəziyyəti pisləşdirə bilər
- İsraildən Hizbullaha növbəti zərbə...
- Zeynəblə Serkay eşq yaşayır
- Fransada çeçenlərə qarşı əməliyyat keçirildi
- Rus aktyor xarici agent elan edildi
- Niderlandda kişi təyyarənin işlək mühərrikinə düşdü
- Ən gözəl gözləri olan 5 BÜRC
- Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu
- Model brendin reklamında sinəsini nümayiş etdirdi - FOTO