Siyasət

Novruz Məmmədov Ukrayna saytındakı məqaləni tənqid etdi

27 Fevral 2015 17:42
Baxış: 714
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu yaxınlarda Ukraynanın "Geostrategy" saytında dərc edilən məqaləni tənqid edib.

Trend-in məlumatına görə, N.Məmmədov öz "twitter" səhifəsində yazıb: "Geostrategy"nin məqalə müəllifləri öz amplualarındadır: həmişəki kimi təxribat, siyasi diversiya, bir sözlə, məkrli niyyətlər. Aydındır ki, onlar Azərbaycanı 40-dan artıq dövlətin sırasında qaynar nöqtə kimi görməkdə maraqlıdırlar".

Qeyd edək ki, "Geostrategy" qlobal kəşfiyyat qrupunun materialının müəllifləri guya Ukraynaya qarşı mövqeyini dəyişib Rusiya yönümlü mövqe tutan Azərbaycanı tənqid ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.