Avropa Parlamentinin 24 ölkədən olan üzvləri işğal olunmuş Dağlıq Qarabağda azadlıqdan məhrum edilmiş azərbaycanlı girovlar üzərində ədalətli məhkəmənin keçirilməsi ilə bağlı müraciətə imza atıblar. Bu barədə Trend "PR Newswire" saytına istinadən məlumat verir.
Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, ədalətli məhkəmənin keçirilməsinə çağıran müraciət Avropa Parlamentinin 46 üzvü, o cümlədən İrlandiya, İspaniya, İtaliya, Finlandiya, Ukrayna və Xorvatiyadan olan parlamentarilər tərəfindən imzalanıb.
Saytda gedən materialda qeyd olunur ki, iki azərbaycanlı - Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev beynəlxalq müqavilələrinin iştirakçısı olmayan, qanunun aliliyi və insan hüquqlarının müdafiəsinə zəmanət verməyən qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən "məhkəmə"də azadlıqdan məhrum ediliblər.
Petisiya fevralın 5-də AŞ PA-da Azərbaycanın nümayəndəsi Elxan Süleymanov tərəfindən təqdim olunub.
Qeyd edək ki, ermənilərin qurduğu qondarma "məhkəmə"də Kəlbəcərdə girov götürdükləri D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
Siyasət
Avropa azərbaycanlı girovların işi ilə bağlı ədalətə çağırır
13 Fevral 2015 17:22
0 Şərh
Baxış: 831
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Yuxuda güzgü görmək nə deməkdir?
- Gürcüstanda güclü zəlzələ oldu
- Demet Evqarla bağlı iddialara cavab
- "Alma almaya bənzər" filmindəki obrazının oxşarını görüb KÖVRƏLDİ - VİDEO
- İlhamə Quliyevanın itkin düşən oğlunun şok səs yazısı yayıldı - AUDİO
- Sonsuzluğun müalicəsi bu xəstəliyi artırır
- Məşhur aktrisa vəfat etdi - FOTO
- Vəfat edən pensiyaçının pulunu kimlər ala bilər?
- Ərdoğan və Baydenin müşavirləri Qəzzanı müzakirə etdi
- "Ailə dramı deyirlər, mən bu şeylərə indi gülürəm"
- Günün qoroskopu: təmkinli olun, təxribatlara uymayın
- Zülfiyyə Xanbabayevanın bağ evi - VİDEO
- Dünyanın “ən dadlı” 20 şəhəri - SİYAHI
- Vardanyan təhlükəli insandır - Avraham
- Netanyahu: Əməliyyatları dayandırmağa hazırıq
- Türkiyə NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasına qatılıb
- Ən təhlükəli yay ayaqqabıları AÇIQLANDI
- Bayraqdar Bakıda: Şahbazovla görüşdü...
- Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib
- İlk dəfə Bakıya onun dəvəti ilə gəlmişəm - Səncər
- Alfonso Dominqes: “Tokioda qazanılan bürüncü Parisdə qızıla çevirmək istəyirəm”
- Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər
- Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - FOTO
- Azərbaycanda un yenidən bahalaşdı