Siyasət

Ukraynada hərbi səfərbərlik elan edildi

14 Yanvar 2015 19:24
0 Şərh     Baxış: 909

Ukrayna Prezidenti Pyotr Poroşenko 2015-ci ildə üçmərhələli hərbi səfərbərlik haqqında fərman imzalayıb.


APA.az-nın "112.ua" saytına istinadən yaydığı məlumata görə, dövlət başçısı bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında açıqlama verib. O, fərmanın təsdiq üçün parlamentə göndərildiyini söyləyib.
  

Xatırladaq ki, Ukraynanın müdafiə naziri Stepan Poltorak 2015-ci ildə 50 min nəfərin səfərbər ediləcəyini, ehtiyac yaranarsa, bu sayın 104 minə çatdırılacağını bildirib.

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.