Prezident İlham Əliyevin Tarif Şurasının ölkədə yanacağın qiymətinin artırılması haqqında qərarını ləğv etməsi əhali tərəfindən çox müsbət qarşılanıb. Bu addım Azərbaycanda gedən iqtisadi proseslərə öz müsbət təsirini göstərəcək. Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov deyib.
Millət vəkilinin fikrincə, hazırda dünyada gedən proseslər Azərbaycanda həyata keçirilən layihələrdə də müəyyən istiqamətlər üzrə dəyişikliklərə gətirib çıxaracaq və bunu hökumətdə siyasi qərar qəbul edən şəxs olan cənab Prezident və iqtisadi blokun nümayəndələri hər zaman müzakirə edirlər: "Bəzi hallarda iqtisadi blokun daha çox müəyyən sahələrdə qiymətlərin artırılmasına nail olmaq istəməsi normal haldır. Ümumiyyətlə, bütün dünyada iqtisadi və siyasi blokların nümayəndələrinin fikirlərinin bir-birindən ayrılması normal prosesdir. Cənab Prezidentin siyasi iradəsi isə bir daha onu göstərdi ki, Azərbaycanda gedən iqtisadi-siyasi proseslər Prezident İlham Əliyev tərəfindən çox diqqətlə, çox peşəkarlıqla izlənilməklə yanaşı, onun gündəlik fəaliyyətinə daxil olan məsələlərdir".
F.Muradov hesab edir ki, Prezident İlham Əliyevin bu yanaşması insanların gündəlik həyatına da təsir edəcək: "Düzdür, Tarif Şurasının qaldırdığı qiymət elə də böyük deyildi, amma bu, ümumiyyətlə, istər kənd təsərrüfatı, istər ərzaq təhlükəsizliyi, istərsə də digər məsələlərdə öz müsbət təsirini mütləq göstərəcək".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tarif Şurasının ölkədə yanacağın qiymətlərinin qaldırılması barədə qərarını ləğv edib.
Tarif Şurasından Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Milli.Az
Siyasət
Fuad Muradov: "Prezidentin bu addımı iqtisadi proseslərə müsbət təsir göstərəcək"
14 Yanvar 2015 14:35
Baxış: 606
DİGƏR XƏBƏRLƏR
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib - FOTO
- COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü bunun vacibliyini təsdiqləyəcək
- Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
- İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
- Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadıldı - YENİLƏNİB
XƏBƏR LENTİ
- Kişi 10 il həyat yoldaşından dəhşətli sirri gizlətdi
- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
- Məşhur bəstəkarın səhhəti pisləşib: "Güclə danışıram"
- Tiflisdə etiraz aksiyası genişlənir: yürüş keçirilir...
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…
- Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı
- Putin ilk dəfə müdafiə naziri dəyişikliyindən danışdı: Xərclər çoxalıb...
- Slovakiya Baş nazirinin son vəziyyəti açıqlanıb
- "Krasnodar" Kadidən sonra "Qarabağ"ın daha bir ulduzunu alır
- Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın
- "Mona Liza"nın sirlərindən biri AÇILDI
- Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
- Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
- Slovakiyaya yardıma hazırıq - Bayden
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- Baydenlə Trampın debat tarixi açıqlandı
- Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı
- Səbuhi Səfiyarlı: “Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur” - VİDEO
- Kəklikotunun çoxsaylı faydaları
- Məhkəmə İmran Xanla bağlı qərar verdi
- Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
- İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
- Türkiyəli məşhur aktyor tanınmaz halda - FOTOlar