"Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət göstərdi". Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Vitse-spikerin fikrincə, Prezidentin bu addımı yanacaq istehlakçılarının çətinliklərini, xüsusilə də onunla əlaqədar sahələrdə ortaya çıxa biləcək müəyyən problemləri aradan qaldırdı: "Hesab edirəm ki, cənab Prezident hər zaman olduğu kimi, yürütdüyü daxili siyasətdə onun sosial mahiyyətinin, xüsusilə də ümumilikdə yeridilən siyasətin mərkəzi fiquru kimi Azərbaycan insanının və onun rifahının dayanması mövqeyinə bu dəfə də sadiqlik göstərdi. Bu, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçün, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür. Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi münasibətilə bütün yanacaq istifadəçilərini təbrik edirəm! Hesab edirəm ki, bu qısa müddətdə onların büdcəsinə elə bir ciddi ziyan dəymədi. Lakin bu faktın özü cənab Prezidentin nə qədər xeyirxah, nə qədər humanist, nə qədər Azərbaycan insanının qayğıları ilə yaşayan dövlət başçısı olduğunu bir daha ortaya qoydu. Bütün vətəndaşlar kimi mən də öz adımdan ona təşəkkür edirəm!"
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Tarif Şurasının qərarını ləğv edib.
Tarif Şurasından Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Milli.Az
Siyasət
Bahar Muradova: "Prezident İlham Əliyev vətəndaşları narahat edən məsələdə həssaslıq göstərdi"
14 Yanvar 2015 14:01
Baxış: 1 598
DİGƏR XƏBƏRLƏR
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib - FOTO
- COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü bunun vacibliyini təsdiqləyəcək
- Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
- İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
- Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadıldı - YENİLƏNİB
XƏBƏR LENTİ
- 35 ildən sonra yenidən bunu etdi - FOTOlar
- 61 yaşlı aktrisa dekolteli libası ilə diqqət çəkdi - FOTO
- Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
- Gül mağazasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
- Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
- ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
- Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin
- Atəşkəs olsaydı, HƏMAS bunu edəcəkdi - Fidan
- Fitsonu güllələyən yazıçı ilə bağlı iddialara cavab
- "Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- HƏMAS-dan İsrailə Rəfahla bağlı xəbərdarlıq...
- 4 güləşçimiz finalda
- Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
- Məhkəmədən İmran Xanla bağlı qərar
- Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı
- Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
- "Kuruluş Osman" izləyicilərinə pis xəbər
- “Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
- Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"
- Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?
- Bu gün güllələnən baş nazirin maraqlı həyatı…
- Yaponların “sarı qızıl” adlandırdıqları toxum – Faydaları saymaqla bitmir