Siyasət

Vurğun Əyyub: "Müsavat Partiyasının legitim hesab etmədiyim Məclisindən çıxarılmam gülünc görünər"

27 Dekabr 2014 12:50
0 Şərh     Baxış: 587

"Məni Müsavat Partiyasının legitim hesab etmədiyim Məclis üzvülüyündən çıxarmaq gülünc bir qərar olar"

Bu barədə TrendVurğun Əyyub Müsavat Partiyası Məclisinin iclasında onun Məclis üzvlüyündən çıxarılması barədə müzakirələrə münasibət bildirərkən deyib.

V.Əyyub qeyd edib ki, onların bu müzakirəsi məni maraqlandırmır:

"Əgər mənim Məclisdən çıxarılmam barədə qərar olarsa, bu, çox gülməli olar. Çünki mən özümü Müsavat Partiyasının Məclisinin üzvü hesab etmirəm. Məclisi də, özümün Məclis üzvülüyümü də legitim hesab etmirəm. Olmadığım bir yerdən məni çıxarmaq çox gülməli görünər".

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.