Siyasət

Müdafiə Nazirliyi: Düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib

27 Dekabr 2014 11:15
0 Şərh     Baxış: 2 583

Düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyi bildirir ki, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.