Müxalifətin yeni birliyi də fiaskoya uğrayacaq
Siyasi Partiyaların Demokratiya və İnsan Haqlarını Müdafiə Mərkəzində (SPDİHMM) təmsil olunan Müsavat, Azərbaycan Demokrat, Ümid, Klassik Xalq Cəbhəsi, Azadlıq, Liberal-Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Azərbaycan Xalq və Azad Demokrat partiyalarının liderləri yaxın günlərdə bir araya gələrək, müxalifətin ənənəvi xarici səfirlik və diplomatlarla məxfi görüş taktikasına yenidən start veriblər. Bu dəfə məkan Polşanın Azərbaycandakı səfirliyi olub. SPDİHMM "elçiləri" səfir səlahiyyətlərini icra edən xanım Beata Baranşka ilə görüşüb təmsil etdikləri mərkəzin fəaliyyəti və məqsədləri, planları barədə məlumat verib, eyni zamanda gileylərini çatdıraraq, onun timsalında Qərbdən yardım diləyiblər. Bu görüşü özünəməxsus şəkildə işıqlandıran bəzi media qurumları isə 2015-ci ildə müxalifətin birliyinin məhz SPDİHMM üzərində qurulacağını iddia edib.Partiya sədrlərinin fikrincə, iqtidara, hakim partiyaya qarşı real güc ortaya qoya bilməyən müxalifət öz gücsüzlüyünü dərk edərək daxili mübarizəyə başlayıb
Müxalifətin yeni təşkilat təsis etməsinə, xarici səfirlikdə görüş keçirməsinə münasibət bildirən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Azərbaycan müxalifətinin bu günə qədər yaratdığı bütün təsisatların əvvəlcədən verilən vədləri, bəyanatları doğrultmadığını, hər hansı müsbət nəticələr əldə etmədiyini söyləyib. Qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında SİDSUH-dan başlamış ta Milli Şuraya qədər həmin təsisatlar hər hansı üstünlüyə nail ola bilməyiblər. Partiya sədri SPDİHMM-in də fiaskoya, rəzil bir sonluğa məhkum olduğunu bəyan edib: "Guya, bunların bu vaxta qədər ən sanballı "birliyi" Milli Şura idi. Onun da başında İbrahimbəyov soyadlı bir rejissor, "manıs" dayanırdı. Hazırda müxalifətdə siyasi boşluqdan, bəlkə də onların bekarçılığından dolayı bir aqressiya yaranıb. Özləri də nə etdiklərinin fərqində deyillər. Ağıllarına nə ideya gəlirsə, 3-5 partiya bir yerdə toplaşıb çayxana səviyyəsində həmin ideyanı reallaşdırmağa çalışırlar. SPDİHMM-in yaradılmasında da bir çox səbəblər, onları yaradanların məqsədi ola bilər. Məsələn, Müsavat Partiyasının tam rəzil bir vəziyyətə gəlməsindən sonra bu gün AXCP sədri Əli Kərimli Azərbaycan müxalifətini monopoliyaya almaq istəyir. Ehtimal ola bilər ki, elə Müsavat da Əli Kərimlini zərərsizləşdirmək üçün öz ətrafına əlavə 10 partiyanı toplayıb belə bir təsisat yaradıb. Digər tərəfdən, SPDİHMM-də 11 partiya toplaşıb demək, əslində adıçəkilən təşkilatda 11 nəfərin cəm olması deməkdir. Çünki həmin partiyaların adlarındakı hərflərin sayı üzvlərinin sayından çoxdur. SPDİHMM-in Polşa səfirliyində məsləhət-məşvərət qurmasına gəlincə, bizlər necə ki, hər hansı bir iş görmək istəyəndə böyüklərimizlə məsləhətləşir, əzizlərimizin qəbirlərini ziyarət edirik, bunlar da istənilən işə başlamazdan əvvəl hansısa səfirliklə, diplomatik korpusla, gələcəkdə qrant-pul verəcək lobbi ilə məsləhətləşmə aparmağa çalışırlar. Maraqlı bir məqam SPDİHMM-in tədbirlərinin Müsavatın qərargahında keçirilməsidir. Qurultaydan sonra Müsavat parçalanıb, pərən-pərən düşüb. Son vaxtlar həmin qərargah ağcaqanad öldürməkdən, milçək tutmaqdan başqa bir işə yaramır. Yəqin o qərargah boş qalmasın, kənardan iş görüntüsü yaransın deyə, belə bir "birlik" təsis ediblər. Bununla, oradakı sükutu pozmağa cəhd edirlər. Bütün hallarda belə təsisatlar fiaskoya, rəzil bir sonluğa məhkumdur".
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə qəzetimizə açıqlamasında müxalifətin təsis etdiyi "birlik"lərin yaratdığı "meyidlərin" qbirsanlıqda basdırılan cəsədlərdən çox olduğunu qeyd edib. Bildirib ki, müxalifət liderlərinin "siyasi fəaliyyəti" nəticəsində mərhum "birlik"lərdən ibarət böyük bir "qəbirsanlıq" salınıb: "SİDSUH, DUH, DUBB, "YES", Məşvərət məclisləri və digərlərinin acınacaqlı aqibəti hər kəsə məlumdur. SPDİHMM də onların bir tayı olacaq. Polşa səfirliyində görüşə gəlincə, adətən ABŞ hansısa ölkədə sabitliyi pozmaq, çaxnaşma salmaq istəyirsə oradakı gəda-güdəni bir yerə yığır. İsveç vasitəsilə Polşa maliyyələşir və həmin gəda-güdələr orada təlim görürlər. Biz bunu Ukraynadakı "narıncı inqilab"da, Maydan hadisələrində, Gürcüstandakı "qızılgül" inqilabında da müşahidə etmişik. Postsovet məkanında harada inqilab olursa, orada Polşanın barmağını görürük. Polyaklar haqqında ən gözəl tərifi Karl Marks verib: Qəribə millətdirlər, harada istəsən orada xaos yarada, insanları bir-birinə qarşı qoyub qırdıra bilər, sonra isə yaxalarını kənara çəkə bilərlər. Rusiyaya qarşı embarqonu, iqtisadi sanksiyaları vaxtilə, elə indi də hamıdan çox tələb edən Polşa olub. Amma sonradan Polşa Avropa İttifaqına birinci müraciət etdi ki, alma satışından 500 milyon itirmişəm, mənim pulumu ver".
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə Polşanın MDB məkanındakı ölkələrin müxalifəti, QHT-ləri ilə müəyyən münasibətlərdə olmasına, onlara təsirinə diqqət çəkib. SPDİHMM-in diplomatik korpusla danışıqlarını xatırladan partiya sədri ehtimal edib ki, müxalifətin bir qrupu bununla Polşa səfirliyindən siyasi yardım umur: "Bu mərkəzin adına diqqət etsək, görərik ki, təşkilat özünü müxalifətin siyasi birliyi kimi aparır, lakin əsl reallıqda həmin təsisatdakı partiyalar bir-biri ilə yola getmirlər. Ona görə də bunlar siyasi mübarizəni deyil, demokratiya və insan haqları yönümünü seçiblər. Bu təsisatın adı altında isə siyasi partiyalar deyil, QHT-lər də birləşə bilərdi. Ona görə də yeni birliyin hər hansı perspektivini görmürəm. Təsəvvür edin, hazırda Azərbaycan müxalifətində iki cəbhə yaranıb. Bunlardan birincisi radikallar, o birisi konstruktivlərdir. Radikalların içində də iki cəbhə yaranıb indi. Bunların bir qrupu Milli Şuraya toplaşıb özünü əsl müxalifət adlandırırlar, o birilər isə SPDİHMM-ə toplaşıblar. Bu onu göstərir ki, iqtidara, hakim partiyaya qarşı real güc ortaya qoya bilməyən müxalifət öz gücsüzlüyünü dərk edərək bir-biri ilə mübarizəyə başlayıb. Onlar arasında ata-ana müxalifət, müxalifət lideri, 2018-ci il seçkilərində müxalifətin vahid namizədi olmaq uğrunda mübarizə gedir. SPDİHMM kimi təsisatlar da bu məqsədlərə xidmət edir. Onların müxalifətin güc mərkəzinə çevrilmə ehtimalı sıfıra bərabərdir. Çünki, hazırda SPDİHMM-də təmsil olunan ADP ilə Ümid Partiyası vahid blokda bələdiyyə seçkilərinə gedə bilmirlər. Siyasi və ideoloji cəhətdən yaxın olmayan partiyaların vahid mövqedən çıxış etməsi mümkün deyil. Onlar sadəcə Azərbaycana təsir göstərmək istəyən xarici qüvvələrin əlində vasitəyə çevrilirlər. Bəlkə də bu birliyin yaradılmasını da həmin xarici qüvvələr sifariş verib".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Lavrovla Fidan görüşdü
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
XƏBƏR LENTİ
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu





