Siyasi Partiyaların Demokratiya və İnsan Haqlarını Müdafiə Mərkəzində (SPDİHMM) təmsil olunan Müsavat, Azərbaycan Demokrat, Ümid, Klassik Xalq Cəbhəsi, Azadlıq, Liberal-Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Azərbaycan Xalq və Azad Demokrat partiyalarının liderləri yaxın günlərdə bir araya gələrək, müxalifətin ənənəvi xarici səfirlik və diplomatlarla məxfi görüş taktikasına yenidən start veriblər. Bu dəfə məkan Polşanın Azərbaycandakı səfirliyi olub. SPDİHMM "elçiləri" səfir səlahiyyətlərini icra edən xanım Beata Baranşka ilə görüşüb təmsil etdikləri mərkəzin fəaliyyəti və məqsədləri, planları barədə məlumat verib, eyni zamanda gileylərini çatdıraraq, onun timsalında Qərbdən yardım diləyiblər. Bu görüşü özünəməxsus şəkildə işıqlandıran bəzi media qurumları isə 2015-ci ildə müxalifətin birliyinin məhz SPDİHMM üzərində qurulacağını iddia edib.Partiya sədrlərinin fikrincə, iqtidara, hakim partiyaya qarşı real güc ortaya qoya bilməyən müxalifət öz gücsüzlüyünü dərk edərək daxili mübarizəyə başlayıb