Müsavatdakı alovun üstünə benzin töküldü
Müsavat Partiyasında daxili çəkişmələr davam edir. Partiya üzvləri hər nə qədər bu məsələni ictimaiyyətdən gizlətməyə çalışsalar da, görünən kəndə nə bələdçi?! Hələ Qubad İbadoğlunun xaricdə olduğunu nəzərə alsaq, deyə bilərik ki, o qayıdandan sonra bu söz-söhbətlərin daha da geniş miqyas alacağı istisna edilmir. Çünki o və tərəfdarları hələ də başqan seçkisinin legitimliyini tanımırlar. Yeni başqan isə təbii ki, öz fəaliyyətindədir və kiminsə onun başqanlığını tanıyıb-tanımaması "umrunda" deyil. Üstəgəl, dünən partiyanın Nəzarət-Təftiş Komissiyasının növbəti iclası keçirilib və quruma yeni sədr seçilib. Əlbəttə ki, bunu da seçki yox, təyinat kimi qiymətləndirənlər az deyil. Belə iddialar eşidilir ki, təyinat sırf yeni başqanın istəyi ilə əlaqədardır və Sevinc Hüseynovanın Arif Hacılının dəstəyi ilə seçildiyi şübhə doğurmamalıdır. Bu məqam isə onsuz da münasibətlərin ən pik həddə gərildiyi zaman alovun üstünə benzin tökmək effekti verə bilər. Onu da deyək ki, MNTK-nın iclası zamanı onlara Qubad İbadoğlu tərəfindən göndərilən arayışa cavab verilməyib. Belə ki, müzakirələr zamanı növbəti iclasda Qubad İbadoğluna arayışla bağlı yekun rəyin təqdim olunması qərara alınıb.Nəzarət-Təftiş Komissiyasına da Arif Hacılının adamının seçilməsi narazılıqları pik həddə çatdırıb
Dediklərimizin təsdiqi kimi bildirək ki, artıq bu barədə, yəni, yeni MNTK sədri haqda mediaya açıqlamalar da verilib. Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli Sevinc Hüseynovanın Q.İbadoğlunun təqdim etdiyi arayışla bağlı qeyri-obyektiv mövqe tutacağını söyləyib. Bildirib ki, S. Hüseynova hər zaman hazırkı başqan Arif Hacılının yanında olub və onu dəstəkləyib: "İnanmıram ki, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntulara dair arayışı MNTK tərəfindən obyektiv araşdırılacaq. Biz bu haqda öncədən fikir bildirmişdik. Sevinc Hüseynova isə obyektiv olacağını söyləyib. Müsavatın sosial şəbəkədəki qapalı qrupunda Qubad İbadoğlu Qubadlı rayon təşkilatı tərəfindən Nizamnaməyə uyğun olmayaraq, Məhəbbət Muradlının partiyadan qovulması ilə əlaqədar imza kampaniyası başlatmışdı. Sevinc Hüseynova isə sərt şəkildə kampaniyanın dayandırılması ilə bağlı xəbərdarlıq etdi. Bütün bunlar göstərir ki, Sevinc Hüseynova qeyri-obyektiv mövqe tutacaq".
Məlumdur ki, başqan seçkisinin nəticələrinə ən çox etiraz edənlərdən biri də, seçki vaxtı öz namizədliyini Q.İbadoğlunun xeyrinə geri götürən Səxavət Əlisoydur. O, mətbuata danışmaqla yanaşı, öz facebook hesabında da fikirlərini bölüşür, Arif Hacılı və İsa Qəmbərin bir mövqedən çıxış edərək seçkiləri saxtalaşdırdıqlarını sübut etməyə çalışır. O, dünən də status yazaraq müəyyən şəxslərin ünvanına kəskin fikirlər səsləndirib. Bildirib ki, ona ironiya ilə yanaşanlara cavab vermək üçün kifayət qədər əsası var. "Qeybətbazlara xatırlatma" xitabı ilə başladığı statusda daha çox tənqidə dözümsüz yanaşanların hərəkətləri pislənir: "10-15 müsavatçının çay süfrəsində oturması bir neçə qeybətbaz kişinin heysiyyatına toxunub. Düşünmədən ağızlarına gələni izhar edirlər. Ağzından horra tökülən birisi çay süfrəsindəki şəkli paylaşıb, barəmdə guya ironiya ilə danışıb. Digəri bir az da uzağa gedib bizi "xəyanətkar", "antimüsavatçı" adlandırır. Anlamaq olmur, Müsavat bir siyasi partiyadır, yoxsa, terror, mason təşkilatıdır ki, fərqli fikir söyləyəni dərhal "xəyanətkar" adlandırıb cəzalandırmaq təklifi irəli sürülür? Bu zehniyyətlə siz hara gedirsiniz? Belə düşüncə ilə Müsavatın hansısa bir hədəfə çatması imkansızdır. İçinizdəki mikroblardan təmizlənin. Fərqli düşünənlərə, biət etdiklərinizə biət etməyənlərə "xəyanətkar", "antimüsavatçı", "satqın" damğası vuranlar çox yox, 5 dəqiqə öz bioqrafiyaları barədə düşünsünlər".
Qeyd edək ki, Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev də indiki rəhbərliyi legitim saymadığını açıqlayıb və hazırda təşkilatın bir qrup tərəfindən işğal edildiyini bildirib: "Biz Qubad İbadoğlunun partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciətinin cavabını gözləyirik. Bu və ya digər şəkildə veriləcək cavabı dəyərləndirib gələcək fəaliyyətimizi müəyyənləşdirəcəyik". Q.İbadoğlu tərəfdarları düşünür ki, A.Hacılının öz potensialı və resursları ilə qalib gəlməsi mümkün deyil.
Dünənki buraxılışımızda A.Hacılıya qarşı Q.İbadoğlu və Tural Abbaslının birgə fraksiyasının yaradıldığını bildirmişik. T.Abbaslı özü də əvvəlki açıqlamasında fraksiyanın konkret olaraq A.Hacılıya qarşı yaradıldığı inkar etməmişdi və bunu demokratiya, fikir azadlığı yolunda atılan uğurlu addım adlandırmışdı. Dünənki açıqlamasında isə o, daha yumşaq danışıb və fraksiya ilə bağlı dediklərini sanki inkar etməyə çalışıb. Deyib ki, fraksiya, yaxud da hər hansı qrupların yaradılması nizamnaməyə zidd deyil: "Demirəm ki, biz fraksiya yaradırıq, amma bəzi məsləhətləşmələrimiz olub. Əsas olan kimin rəhbər olması yox, partiyanın taleyidir. Son zamanlar baş verən istefalar və küskünlüklər partiyaya ziyan vurur. Nəzərə alsaq ki, bələdiyyə və parlament seçkilərinə hazırlaşırıq, bunlar partiyaya ziyandır. Biz əgər haradasa zərərli nə isə görürüksə, onun aradan qaldırılması üçün addım atmaqda sərbəstik. Müxtəlif təkliflər, fikirlər var, müzakirə edirik. Fraksiya kiminsə əleyhinə, kiminsə siyasətini tənqid etmək üçün yaradılmır. Biz partiyadaxili demokratiyanın tərəfdarıyıq. Birtərəfli rəhbərliyin, birtərəfli idarəçiliyin yox, partiyanın bütün üzvlərinin iştirakının təmin olunması, konsensusla idarə olunmasının tərəfdarıyıq. Təəssüf ki, indiki rəhbərlik deyəsən bu xətti tutmayıb. Ola bilsin ki, o, ancaq "mən və mənimkilər" düşüncəsi ilə yanaşır. Amma fraksiya ideyasını partiyanın parçalanması kimi qəbul etmək olmaz, çünki belə bir fraksiya, birlik yaranmayıb. Sadəcə olaraq, bu fikirlər müzakirə olunur. Hamı hamını gözəl tanıyır, mübarizəsinə, keçdiyi yola bələddir".
Keçmiş başqanlığa namizəd nəzərə çatdırıb ki, qurultayda hansısa pozuntuların olduğunu qəbul etmir: "Ona görə də başqanı normal təbrik etmişəm. Bu səbəbdən, sırf bu sahədə narazılıqla bağlı fraksiya yaradılmasını düzgün qəbul etmirəm. Ümumiyyətlə, partiyanın gələcəkdə də idarə olunmasında fraksiyanın rolunu önəmli hesab edirəm. Təkqütblü rəhbərlik heç vaxt xeyir verməyib. "Burada mənəm, Bağdadda kor xəlifə" prinsipi heç bir partiyaya uğur gətirməyib. Bu tendensiyanın aradan qaldırılması üçün fraksiya önəmlidir".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Lavrovla Fidan görüşdü
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
XƏBƏR LENTİ
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu





