Müsavat Partiyasında daxili çəkişmələr davam edir. Partiya üzvləri hər nə qədər bu məsələni ictimaiyyətdən gizlətməyə çalışsalar da, görünən kəndə nə bələdçi?! Hələ Qubad İbadoğlunun xaricdə olduğunu nəzərə alsaq, deyə bilərik ki, o qayıdandan sonra bu söz-söhbətlərin daha da geniş miqyas alacağı istisna edilmir. Çünki o və tərəfdarları hələ də başqan seçkisinin legitimliyini tanımırlar. Yeni başqan isə təbii ki, öz fəaliyyətindədir və kiminsə onun başqanlığını tanıyıb-tanımaması "umrunda" deyil. Üstəgəl, dünən partiyanın Nəzarət-Təftiş Komissiyasının növbəti iclası keçirilib və quruma yeni sədr seçilib. Əlbəttə ki, bunu da seçki yox, təyinat kimi qiymətləndirənlər az deyil. Belə iddialar eşidilir ki, təyinat sırf yeni başqanın istəyi ilə əlaqədardır və Sevinc Hüseynovanın Arif Hacılının dəstəyi ilə seçildiyi şübhə doğurmamalıdır. Bu məqam isə onsuz da münasibətlərin ən pik həddə gərildiyi zaman alovun üstünə benzin tökmək effekti verə bilər. Onu da deyək ki, MNTK-nın iclası zamanı onlara Qubad İbadoğlu tərəfindən göndərilən arayışa cavab verilməyib. Belə ki, müzakirələr zamanı növbəti iclasda Qubad İbadoğluna arayışla bağlı yekun rəyin təqdim olunması qərara alınıb.Nəzarət-Təftiş Komissiyasına da Arif Hacılının adamının seçilməsi narazılıqları pik həddə çatdırıb