Ciddi görünmək əzabları...
Məmləkətimizdə "siyasətlə maraqlanmıram", "siyasət çirkabdır", "mən siyasətdən çox uzağam" deyənlər var. Belələri az deyil və onlar apolitik, yalnız reallıqları düşünərək yaşayan vətəndaşlar olduqlarını söyləyirlər.
Ola bilər və siyasətlə maraqlanmaq, yaxud da ondan mümkün qədər uzaqda durmağa çalışmaq hər kəsin öz işidir.
Amma özünü siyasətçi adlandıran, illah da ki, hakimiyyətə qarşı mübarizə apardığını ara vermədən deyənlər bütün vətəndaşların nə düşündükləri, nə etdikləri ilə maraqlandıqlarını göstərirlər.
Belələri fərqli tiplərdir və özünəbənzərlərin yanında qəhrəmanlığı gündəlik idman məşğələsinə çeviriblər.
Siyasətin gerçəkliklərindən biri də budur ki, yaxşı, vicdanlı insanlar mühüm işləri görməyə, qəti addım atmağa bəzən tərəddüd edirlər. Pislər isə mütləq şəkildə bundan yararlanırlar.
Azərbaycan müxalifətində də vəziyyət qəmli komediyanı xatırladır. Bəziləri xalqın maraqları, vətəndaşların tələbləri və istəklərindən danışaraq pis əməllərlə məşğul olurlarsa, digərləri ümumiyyətlə nə iləsə pərdələnməyə ehtiyac görmürlər.
İlk baxışdan müxalifətdə aktivlik var. Çatılmış qaşlar, qəzəbli baxışlar, bəlağətli çıxışlar - bunlar mitinqlərdə müşahidə olunanlardır. Onlar hakimiyyətə gələcəklərindən, kütlənin dəstəyini aldıqlarından, sadəcə, bir az başları qarışıq olduğundan hələlik gəlişin azacıq yubandığından danışırlar.
Dediklərindən bəlli olur ki, mitinqdə bir araya gəlib çığırsalar, mahnılar oxuyub şüarlar desələr də, hər biri tənha qəhrəmandır.
Nədən ki, arxalarınca apardıqları və ya aparmaq istədikləri xalq hələlik onları anlamır, məramlarını başa düşmür, üstəlik Qərb də dəstək vermir, Şərq arxa çevirir, Cənub susur, Şimal isə məkrli planlar hazırlayır.
Bir sözlə, əllərində gözəgörünməz kompas tutaraq bütün yönləri suçlayandan sonra tərləyən və yorğun-arğın səhnədən aşağı düşərək azsaylı tərəfdaşlarına tərəf yeriyən müxalifət liderləri gün əyilib şər qarışanda evlərinə yollanırlar.
Ki, səhər ertədən yenidən mübarizəyə başlasınlar və kiminlə, niyə, nə səbəbə və nə zamanadək vuruşacaqlarını bir daha əyan etsinlər.
Onlar az olsalar da, çox danışırlar və xüsusilə də sosial şəbəkələrdə bir yerə toplaşanda vəcdə gəlirlər.
Söz yox, iş-güc adamları vaxtlarını sosial şəbəkələrdə keçirmir, işləyir, ev tikir, uşaq oxudur, zavodda və ya şirkətdə çalışırlar.
Müxalifət liderləri isə əsasən virtual məkanda - internetdə asıb-kəsir, ittiham edir, təhqiqatlar aparır, tədqiqatlarının nəticələrini açıqlayır, kölgə qılınclayır, tərəfdarları ilə elə internetdə yürüşlər keçirirlər.
Kənardan baxan da düşünür ki, bu insanlar ciddi işlərlə məşğuldurlar.
Ancaq bir qədər yaxınlaşıb zəndlə nəzər salanda ciddi qələmə verilən əməllərin məzhəkəliyi aşkarlanır.
Paradoksa bax ki, siyasi fəaliyyəti tragikomediyaya çevirmiş adamlar onların əməllərindən sərt satira ilə bəhs edənləri təhqir edirlər.
Məsələn, kirpi.info, ictimaipalatka.com, muxalifet.net, letifelerim.com saytları, Facebook-dakı "Çuşkadrom" səhifəsi ciddi görünmək istəyənlərin maskalarının arxasında qalan nüanslardan satirik tərzdə bəhs edəndə qarşı tərəf sinirlənir.
Əsəbi halda "təhqir olunduqlarını", "şərəf və ləyaqətlərinin alçaldıqlarını" deyir, cəzalar tələb edir, sonra da əllərini yelləyib çəkilirlər bir kənara.
Heç nə dəyişmir - axı dəyişmək üçün istək, hərəkət və baş verən hadisənin təhlili gərəkdir.
Sadalananların heç biri müxalifətimizin "aparıcı" sayılan kəsimində müşahidə olunmur.
Onların illərdən bəri nəyi haraya apardıqları və heç olmasa, aparmaq istədikləri tam bilinməsə də, adamlar ciddi tərzdə işlə məşğul olduqlarını göstərməyə çalışırlar.
Zəifləmə, tənəzzül, xaotik fəaliyyət, sağçıların solçu mövqeyindən çıxış etməsi, solçuların da ifrat sağçı şüarlarla gündəmə gəlməyə can atmalarını görən vətəndaş belələrini lağa qoymayıb, nə etməlidir: ciddi qəbul edərək inanmalı, 25 ildən bəri heç nə edə bilməyən və əslində, etmək istəməyən siyasi tüfeylilərin perspektivlərinin olduğunu düşünməli?
Təbii ki, belə deyil.
Müxalifət düşərgəsindəki "müttəfiqlik" anlamı "hər dəstəkdən əvvəl badalaq olmalıdır" prinsipinə söykənirsə və siyasi fəaliyyətin də əsas məqamı yalanın mümkün qədər məntiqi formaya salınıb səsləndirilməsidirsə, vətəndaşlar "lider" və lidervari siyasətçilərin əməllərini gülüş hədəfinə alasıdırlar.
Müxalifətçilərimiz hələ də anlamırlar ki, onların dar məkanlarındakı yaşam qanunu qrammatikanı xatırlatmağa başlayıb: hamının yol verdiyi səhv qayda sayılır.
Halbuki o qaydalar gülüş doğurur və buna görə də aynadan inciməyə dəyməz.
Müxalifət gülüş doğurursa, bu səbəb yox, nəticədir. Səbəb hələ də ilğımlar aləminin qəflətindən ayıla bilməyən partiya sədrləri, vədləri əməl, əməli də günah sayan kəslərdir. Saxtakarlıq edən "lider"lərin üzünə ağ olmağı bacarmayan tərəfdaşlar nə zamansa siyasi üzlərinin ağ olacaqlarını zənn edirlərsə, yanılırlar.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
Onlar Moskvaya konkret təkliflə gedirlər - Tramp
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





